MALİYYƏ HESABATLARININ TƏHLİL MƏRHƏLƏLƏRİ
İlk öncə təhlilin nə üçün edildiyinə baxmaq lazımdır. Burada təhlil edilən və istinad edilən mənbələr təhlilin məqdəsi ilə üst-üstə düşməlidir. Səhv müqayisə mənbələri,yanlış istinad edilən məlumatlar nəticədə səhv təhlillərin aparılmasına dəlalət edir. Nümunə: (ACD MMC- Pərakəndə satış nöqtələri olan müəssisədir. Müəssisənin keçən illə nisbətdə bu il üçün satışların artım və ya azalma dinamikasının təhlilini və […]
MALİYYƏ HESABATLARININ MAHİYYƏTİ
Maliyyə hesabatları: Müəssisənin istinad olunan hesabat dövründə, onun fəaliyyət nəticələrini, maliyyə vəziyyətini, pul vəsaitlərinin hərəkətini və əmlak vəziyyəti haqqında konkret informasiya verən hesabatlardır. Maliyyə hesabatları müəssisənin keçmiş fəaliyyətində iqtisadi vəziyyətinin necə dəyişdiyi barədə məlumat verir. Əsas maliyyə hesabatlarının təhlil edilməsi: Təhlil, müəssisə haqqında qərar qəbul etmək, onun gələcək fəaliyyəti istiqamətlərini müəyyən etmək, müəssisənin borc almasına […]
MÜƏSSİSƏLƏRDƏ DAXİLİ AUDİT
Daxili audit sistemli və intizamlı yanaşma ilə müəssisənin fəaliyyətini təkmilləşdirməyə yönəlmiş müstəqil və obyektiv fəaliyyətdir. Daxili audit nəticəsində müəssisə risklərin idarə edilməsi və nəzarət prosseslərinin səmərəliliyi qiymətləndirilir. Qiymətləndirmələrdən sonra inkişaf və dəyişiklik qaçılmazdır. Burada məqsəd biznesin məqsədlərinə çatmasına kömək etməkdir. Şirkətlərdə tətbiq edilən daxili audit günü-gündən artır. Daxili auditin əsas xüsusiyyətləri beynəlxalq standartlara uyğunluq, funksional […]
Maliyyə hesabatları testi
Maliyyə hesabatları haqqında biliyinizi yoxlamaq üçün aşağıdakı testlərdən faydalana bilərsiniz. Test 1 Test 2 Test 3 Test 4 Test 5 Əgər onlayn dərslərə davam etməkdə nizam-intizamlı deyilsinizsə, “INNAB”-ın ofisində peşəkar müəllimlər tərəfindən interaktiv şəkildə keçirilən təlimlərə də qatılmaq imkanınız var. innab.org saytına daxil olaraq təlimlərimizə qeydiyyatdan keçə, peşəkar komandamızın üzvləri tərəfindən keçirilən, iştirakçılar tərəfindən […]
MH13: Maliyyə əmsalları
Maliyyə əmsalları, müəssisənin fəaliyyəti və onun maliyyə vəziyyəti haqqında fikir formalaşdırılmasında istifadə edilən əsas vasitələrdən biridir. Maliyyə əmsalları aşağıdakı kateqoriyalar üzrə quruplaşdırılır: Fəaliyyət əmsalları (Activity ratios) Likvidlik əmsalları (Liquidity ratios) Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios) Mənfəətlilik əmsalları (Profitability ratios) Fəaliyyət əmsalları (Activity ratios) – müəssisənin gündəlik əməliyyatlarını (misal olaraq, alacaqların yığımı və hazır […]
MH12: Hazır məhsulların uçota alınması metodları
Xərclərin kapitallaşdırılması – əgər xərclənmiş vəsait əsasında aktivimiz yaranırsa biz bu xərci kapitallaşdırırıq. Misal: 2014-cu ildə 2 mln dəyərində hazır məhsul alınmışdır. 2014-cü ilin mənfəət və zərər hesabatında biz xəclənmiş bu vəsaiti xərc deyil də hazır məhsul kimi tanıyırıq, yəni, bu xərci kapitallaşdırırıq. 2015-ci ildə bu hazır məhsul satıldığı zaman mənfəət və zərər hesabatında biz […]
MH11: Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat müəyyən bir dövr ərzində müəssisənin pul vəsaitlərinin hərəkətini (pul girişi (mədaxil) və çıxışları (məxaric)) özündə əks etdirir. Mənfəət və zərər hesabatından tək fərqi budur ki, mənfəət və zərər hesabatında “hesablanmış və alınmamış gəlirlər” gəlir, “hesablanmış və ödənilməmiş xərclər” isə xərc olaraq tanınır, lakin, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda yalnız pul […]
MH10: Balans Hesabatı
Balans hesabatı müəyyən bir vaxtda müəssisənin cari maliyyə vəziyyətini göstərir. Mənfəət-zərər və balans hesabatları arasındakı əsas fərq bundan ibarətdir: mənfəət və zərər hesabatı müəssisənin müəyyən bir dövr ərzindəki (misal: Yanvar 2014 – Dekabr 2014) gəlirlərini və xərclərini özündə əks etdirirdisə, balans hesabatı əksinə, bəlli bir tarixdə (misal: 31 dekabr 2014) müəssisənin nəyə sahib olduğunu göstərir. […]
MH9: Hər səhmə düşən mənfəətin hesablanması metodları
Səhm – sahibinə gəlirinin bir hissəsini dividend şəklində almaq, şirkətin idarə olunmasında iştirak etmək və ləğvi halında əmlakın bir hissəsini əldə etmək hüququ verən qiymətli kağızdır. Səhmlər adi və imtiyazlı səhmlərə bölünürlər. Adi səhmlər imtiyazlı səhmlərə nisbətən daha gəlirli və daha riskli hesab olunur. Səhm üzrə mənfəətin hesablanması üçün iki metoddan istifadə edilir: Səhm üzrə […]
MH8: Xərclərin tanınması metodları
Daha öncə də qeyd etdiyimiz kimi, xərc kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və ya öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır. Uyğunluq prinsipinə görə, gəliri əldə etmək üçün çəkilmiş xərclər, mənfəət və zərər hesabatında gəlir tanındığı müddətdə tanınır. Yəni, gəlir […]