Exceldə DATEDİF funksiyası
Exceldə DATEDİF funksiyası iki tarix arasında olan fərqi tapmaq üçün istifadə olunur. Lakin bilinməyən bəzi səbəblər görə yalnız Excel 2000 versiyasında “Formulas” panelində göstərilib, buna baxmayaraq bu funksiya digər bütün versiyaalrda da istifadə etmək olar. Sintaksisi =DATEDIF ( başlanğıc_tarixi ; bitiş_tarix ; ölçü_vahidi ) DATEDİF funksiyasında ölçü olaraq 5 vahiddən istifadə olunur. Bunlar aşağıdakılardır: “Y” […]
Həftənin günlərinin şərtli formatlanması
Tarix sıralamasında həftənin günlərinin şərtli formatlanması üçün Weekday funksiyasından istifadə olunur. Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirmək lazımdır. Şərtli formatlama tətbiq ediləcək xanalar seçilir və Home -> Conditional Formatting -> New rule əmri icra edilir. Açılan pəncərədə “Use a formula to determine which cells to format” seçimi edilir. “Format values where this formula is […]
VLOOKUP ilə 2-ci, 3-cü və n-ci dəyərlərin tapılması
VLOOKUP funksiyası ilə verilmiş cədvəldə şaquli şəkildə axtarış aparmaq mümkündür. Lakin cədvəldə eyni dəyər bir neçə dəfə qeyd olunubsa, axtarış zamanı bu funksiya vasitəsilə həmin dəyərlərdən yalnız birincisini tapmaq mümkündür. Eyni dəyərin təkrarlandığı bütün halları tapmaq üçün başqa funksiyaların köməyindən istifadə olunur. Aşağıdakı nümunədə soldakı cədvəlin birinci sütununda təlim iştirakçılarının adları, ikinci sütununda isə hər […]
Exceldə iş və qeyri-iş günlərinin sayının tapılması
Exceldə iki tarix arasındakı günlərin sayını DAYS funksiyası ilə, xalis iş günlərinin sayını isə NETWORKDAYS və NETWORKDAYS.INTL funksiyaları ilə tapmaq mümkündür. Qeyri-iş günlərinin sayını tapmaq üçün konkret funksiya olmasa da, qeyd olunan funksiyalardan istifadə etməklə bunu etmək mümkündür. Həftə sonuna düşən günlərin sayının tapılması Aşağıdakı cədvəldə başlanğıc və son tarixlər qeyd olunub. Həmin tarixlər arasında […]
Countif funksiyasının tərkibində * işarəsinin istifadəsi
Countif funksiyası şərtə görə sayma əməliyyatını yerinə yetirir. Bu funksiyanın praktikaya tətbiqi zamanı * işarəsindən tez-tez istifadə olunur. * işarəsi kriteriyadakı bir neçə simvolu əvəz edir. Funksiyanın sintaksisi belədir: =COUNTİF(range,criteria). Range şərtin yoxlanılacağı xanalar toplusunu, criteria isə kriteriyanı ifadə edir. Funksiyanın praktiki həllinə dair bir nümunəyə nəzər salaq. A sütununda sorğuda iştirak edənlərin ad, soyadı, […]
Exceldə kəsişmə operatoru
Exceldə kəsişmə operatoru iki xanalar toplusunda kəsişən dəyər(lər)in tapılması üçün istifadə edilir. Bu operator boşluq işarəsi (space) ilə xarakterizə olunur. Kəsişmə operatoru vasitəsilə aşağıdakı dəyərləri tapmaq mümkündür: Bir sətir və bir sütunun kəsişməsinin tapılması; Bir neçə sətir və sütunun kəsişməsinin tapılması; Müəyyənləşdirilmiş adların kəsişməsinin tapılması. Bir sətir və bir sütunun kəsişməsinin tapılması Bu cədvəldə avqust […]
Exceldə tarixi ay və həftənin gününə çevirmək (Text funksiyası)
Exceldə Text funksiyası vasitəsilə xanaya yazılmış məlumatı bir tipdən digərinə çevirmək və ya eyni tip daxilində məlumatın formasını dəyişmək mümkündür. Məsələn, bu funksiya vasitəsilə tarix tipində olan məlumatdan ayı və həftənin gününü ayıra bilərik. =TEXT(B1,”MMMM”) verilən tarixdən ay adını seçib bütöv yazır; =TEXT(B1,”MMM”) verilən tarixdən ay adını seçib 3 hərfini yazır; =TEXT(B1,”DDDD”) verilən tarixdən həftənin […]
Exceldə Frequency funksiyası
Exceldə Frequency funksiyası statistik funksiyalar qrupuna aiddir. Satış və marketinq üzrə vəzifələr Exceldə verilənlərin analizi, hesabatların hazırlanması və vizuallaşdırma bacarıqları tələb etdiyindən bu sahədə ən çox istifadə olunan Excel funksiyalarından biri Frequency funksiyasıdır. Fərz edək ki, il ərzində aylar üzrə məhsulun daha çox hansı miqdarda satıldığını müəyyənləşdirmək lazımdır. Bunun üçün ilk növbədə A4:B16 xanalarında aylar […]
Exceldə PV (Pulun faktiki dəyəri) funksiyası
PV funksiyası Exceldə ən çox isifadə edilən maliyyə funksiyalarından biridir. Bu funksiya vasitəsi ilə Siz gələcəkdə qazanacağınız pulun dəyərini faktiki pulun dəyəri ilə müqayisə edə bilərsiniz. Faktiki olaraq Sizin əlinizdə 9 500 AZN pul dəyərlidir, yoxsa illik faiz dərəcəsinin 7.5% olan bir iqtisadi mühitdə 1 il sonrakı 10 000 azn-mi dəyərlidir?”Bu suala məqaləmizin sonunda cavab […]
Exceldə Effektiv faiz dərəcəsini tapılması
Tez-tez mətbuatda bankların əmanətlərə görə elan etdiyi faiz dərəcələri barədə məlumat verilir. Deyək ki, hansısa X bankı əmanətlərə görə 10% faiz hesablayır. Əgər, Siz 1 0 000 AZN məbləği əmanət olaraq yerləşdirmək istəyirsinizsə ilin sonunda bu məbləğ 11 000 azn olacaq. Əgər, biz 10 000 azn məbləğin ilk 6 ayından sonra qazandıracaq məbləği götürmək istəsək, […]