İşçilər başqaları ilə deyil, özləri ilə müqayisə olunmaq istəyirlər
İşçilər performans qiymətləndirilməsini sevmirlər. Hər il şirkətlər tərəfindən qiymətləndirmə prosesinə kifayət qədər vaxt və maliyyə vəsaiti sərf edilsə də, əksər işçilər qiymətləndirmə nəticələrinin ədalətli olmadığını düşünürlər. Bəs işçilərin fikrincə, hansı halda qiymətləndirmə prosesi və nəticələri ədalətli olur? Qiymətləndirmənin nəticələri işçinin fəaliyyəti ilə uyğunluq təşkil etdikdə, işçilər onu ədalətli hesab edir. Əgər onlar prosesə cəlb olunurlarsa, […]
Zəif performansın idarə edilməsi
Qeyri-qənaətbəxş performans nümayiş etdirən işçilərlə onların fəaliyyətini müzakirə etmək çətin olsa da, problemin həll olunması üçün zəruri addımlar atılmalıdır. Bu cür performansın idarə edilməsi üçün tövsiyələrə diqqət yetirək: 1. Dərhal reaksiya verin. Performansın olduğu kimi davam etməsinə imkan verməyin. Əks halda, problemi aradan qaldırmaq daha çətin olacaq. 2. Təkbətək müzakirə edin. Təkbətək görüş zamanı işçinin […]
Gənc işçiləri idarə etmək üçün 7 məsləhət
Gənc işçilər adətən rəhbərlərindən peşəkar inkişaf sahəsində dəstək almağa meyilli olurlar. Təşkilatlar onların həvəsini inkişaf və uzunmüddətli biznes uğurları üçün imkan kimi dəyərləndirməyi bacarmalıdır. Gənc peşəkarlar üçün karyera platforması olan “Tallo” tərəfindən aparılan sorğuya əsasən, Z nəslinin (1996-cı ildən sonra doğulanlar) nümayəndəsi olan işçilərin 74%-i tənqidi düşünmə, təhlil, problem həll etmə və ünsiyyət kimi yumşaq […]
İntrovert HR mütəxəssislər üçün 7 məsləhət
Bəzi araşdırmalar əhalinin təxminən 30-50%-nin introvert olduğunu göstərir. Onlar komanda daxilində olmaqdan yox, daha çox təklikdən enerji alırlar. Başqa insanlarla birgə işləməyin vacib olduğu peşələrdə ixtisaslaşmaq istəyənlər üçün bu, problem yarada bilər. 2017-ci ildə “HR Magazine” jurnalı dünyanın müxtəlif yerlərində intorvert insan resursları mütəxəssislərindən müsahibə götürmüşdür. Onların əksəriyyəti təşkilatda insan resursları üzrə çalışan yeganə şəxslər […]
Liderlər hansı suallara cavab axtarır?
Uğurlu liderlər liderlik qabiliyyətlərini qiymətləndirmək üçün problemin baş qaldırmasını gözləmirlər. Onlar mütəmadi olaraq öz üzərlərində işləyir və fəaliyyətlərini dəyərləndirirlər. Bəs hansı suallar liderlərin özlərini qiymətləndirməsinə yardımçı olur? Təsir dairəm nə dərəcədə genişdir və təsir gücüm hansı səviyyədədir? Lideri uğurlu edən onun vəzifəsi və ya rütbəsi deyil, insanlara təsir etmək qabiliyyətidir. Buna görə də aşağıdakı məsələləri […]
Liderlər necə idarə edirlər?
Liderlər üç üsulla idarə edirlər: əmr verməklə, məsləhətləşmə ilə, konsensus ilə. İdarəçiliyin ənənəvi üsulu əmr verməyə əsaslanır. Lider əmrlər verir və hamı ona əməl etməlidir. Artıq liderlər başa düşürlər ki, heç bir məsləhətləşmə və izah olmadan əmrlərin verilməsi işçilərin əlindən gələn ən yaxşısını etmək üçün motivasiya vermir. ABŞ ordusunun ilk qadın cərrah generalı Gale Pallockun […]
Problemi həll etməyin
İşçi sizə yaxınlaşıb problemi olduğunu bildirir. Yaxşı rəhbər olmaq istəyirsinizsə, nə edərsiniz? İlk instikt, yəqin ki, “Rəhbər kimi davranmağın vaxtıdır” deyib qollarınızı çırmalamaq olacaq. Məsələyə müdaxilə edib problemi həll etməyə hazırsınız, kömək etmək istəyirsiniz. Əslində isə sizin instiktiniz yardımsevərliyin əksidir. Təəccüblü olsa da, rəhbər olaraq problemi həll etməyə başlamağınız ən böyük liderlik səhvlərindən biridir. Hazırda […]
Şirkətinizin dilində danışın
Çalışdığınız şirkətə uyğunlaşmaq korporativ mədəniyyəti öyrənməyi və onun bir parçası olan korporativ dildə danışmağı tələb edir. Korporativ dil nədir və onu müəyyənləşdirmək üçün hansı alətlər var? Şirkətinizin korporativ dilini özünəməxsus edən nədir? Korporativ dil şirkətin kimliyinin formalaşmasında mühüm rol oynayır, şirkətin daxildə və xaricdə ünsiyyət qurmaq üçün istifadə etdiyi verbal və vizual alətlərdir. O, daxili […]
Təlimlə əlaqəli metriklər
Metriklər yalnız analitika məqsədilə istifadə olunduqda faydalıdır. Analitikanın əsas məqsədi isə qərar qəbulu prosesini dəstəkləmək və təkmilləşdirməkdir. Bu prosesə töhfə verməyən metriklərin hesablanmasına vaxt və əmək sərf etməyə dəyməz. İnsan resurslarının idarə edilməsi ilə bağlı bir çox metriklər var. İnsan Resurslarını İdarəetmə Cəmiyyəti (SHRM) tərəfindən təqdim olunan təlimlə əlaqədar metriklər aşağıdakılardır: Təlimdə iştirak səviyyəsi – şirkət […]
Əmək məzuniyyətinin bayrama təsadüf etməsi
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsinə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Nümunəyə nəzər salaq. İşçi 12.07.2021-ci il tarixindən 14 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxır. 20-21 iyul tarixləri Qurban bayramı olduğu üçün həmin günlər məzuniyyətin təqvim günlərinə daxil edilmir […]