Maraqlı etimologiyası olan ingilis sözləri
1. Hazard (təhlükə, risk) Bu söz 13-cü əsr ərəb dilində nərd oyunundakı zəri ifadə edən “al-zahr” sözündən yaranıb. Bu oyun qumar hesab olunduğu və qarşı tərəfin zər tutmaq ehtimalı olduğu üçün çox riskli idi. Səlibçilər nərdi Müqəddəs torpağa Xaç yürüşləri zamanı öyrənmişdilər. 2. Sandwich (sendviç) Qəlyanaltının bu cür adlanması 4-cü Sendviç Qrafı Con Monteqyunun adı ilə bağlıdır. […]
Abreviatura olduğunu bilmədiyimiz ingilis sözləri
1) Amerikan ingiliscəsində poçt kodunu ifadə edən “zip code” sözünün birinci hissəsi “Zone Improvement Plan” sözlərinin baş hərflərindən yaranıb, “zona təkmilləşdirmə planı” mənasını verir. 1963-cü ildə ortaya çıxan bu plan poçt çatdırılmasını sürətləndirmək üçün ABŞ-ın müəyyənləşdirilə bilən rəqəmli zonalara bölünməsini nəzərdə tuturdu. Buna görə də bu söz başqa ingilisdilli ölkələrdə istifadə olunmur. 2) “Laser” sözü […]
İngilis dilini əylənərək inkişaf etdirmək istəyirsiniz?
Film izləmək dil mənimsəmə prosesi üçün əla metoddur. Doğru seçilmiş filmlərin də böyük rolu var. Elə filmlər var ki, ya süjet xətti çətin olur, ya da qəliz sözlər və ifadələr istifadə olunur deyə heç nə anlamırıq. Aşağıdakı filmlər isə dil mənimsəmək üçün yararlıdır: 1. Dear John – Dram və romantika janrında olan bu filmi başa […]
İngilis dilində oxşar sifət və zərflər
1. Near, Nearly “Near” həm sifət, həm də zərfdir – yaxın, yaxınlıqdakı (sifət); yaxın, yaxınlıqda (zərf). “Nearly” zərfdir və “təxminən, demək olar ki, təqribən” kimi tərcümə olunur. • He lives in the nearest village. – O, ən yaxın kənddə yaşayır (sifətdir, “village” ismini təyin edir). • Do you live near? – Sən yaxınlıqda yaşayırsan? (zərfdir, […]
İngilis dilində çaşdırıcı sözlər
1) taxonomy taxation • taxonomy /tækˈsɒnəmi/ təsnifat • taxation /tækˈseɪʃən/ vergiqoyma 2) except expect • except /ɪkˈsept/ istisna olmaqla • expect /ɪkˈspekt/ gözləmək, ümid bağlamaq 3) cheque check • cheque /tʃek/ qəbz, çek (BrE) • check /tʃek/ qəbz, çek (AmE); yoxlamaq, nəzarət etmək; nəzarət, yoxlama 4) insult insulate • insult /ɪnˈsʌlt/ təhqir etmək; /ˈɪnsʌlt/ təhqir […]
İngilis dilindəki latın və yunan mənşəli isimlərin cəmi
İngilis dilindəki latın və yunan mənşəli isimlərin cəmi müxtəlif üsullarla düzəlir. Bu üsullara və bir neçə nümunəyə nəzər salaq: 1) Sonu “a” hərfi ilə bitən isimlərin cəmi –ae və -s sonluğu ilə düzəlir: • antenna (antena; bığcıq): antennas or antennae (həşəratların bığcıqları mənasında yalnız antennae istifadə olunur; digər mənada antennas daha çox işlənir.) • formula […]
İngilis dilində prefikslər
Prefiks sözün əvvəlinə qoşularaq onun mənasını dəyişən şəkilçidir. Prefikslərlə bağlı bəzi qaydalarla tanış olaq: 1. “in-“ prefiksi və onun digər versiyası olan “im-“ prefiksi əsasən inkar mənalı sözlər yaratsalar da, bəzən “içərisinə, daxilinə” mənasını da verirlər: import (idxal), income (gəlir). 2. Bəzən eyni söz kökünə müxtəlif prefikslər əlavə olunur: unequal (qeyri-bərabər) və inequality (bərabərsizlik); unjust […]
İngilis dilində zaman bildirən abreviaturalar
1) a.m. /eɪˈem/ (latınca “ante meridiem” – günortadan əvvəl) – gecə saat 12-dən gündüz 12-ə qədərki müddəti ifadə edir. Work starts at 9 a.m. – İş saat 9-da (səhər) başlayır 2) p.m. /piːˈem/ (latınca “post meridiem” – günortadan sonra) – gündüz saat 12-dən gecə 12-ə qədərki müddəti ifadə edir. The meeting starts at 2 pm. […]
To ask felinin mənaları
Bu felin 2 mənası var: 1. soruşmaq; 2. xahiş etmək, istəmək Aşağıdakı strukturlar onun hansı məna verdiyini aydınlaşdırmağa kömək edir: To ask – soruşmaq 1. ask (somebody) + sual əvəzliyi – (kimdənsə) soruşmaq • I asked him where they lived. – Mən ondan onların harada yaşadığını soruşdum. • I asked where they lived. – Mən […]
Bridal vs bridle
Hər iki sözün tələffüzü eynidir: /ˈbraɪdl/. Lakin mənalar fərqlənir. “Bridal” sifətdir, gəlinlə bağlı olan isimləri təyin edir. Bu söz “bride” (gəlin) ismindən yaranıb. a bridal gown – gəlin paltarı a bridal car – gəlin maşını “Bridle” həm isim, həm də feildir. İsim kimi bu söz “yüyən” mənasını verir. Feil kimi isə 2 mənası var: 1. […]