Sonu tək və cüt rəqəmlə bitən ədədlərin fərqli şərtli formatlanması

Fərz edək ki, aşağıdakı cədvəldə ID kodu cüt rəqəmlə bitən işçilərin mərkəz, tək olan işçilərin isə bölgədə işlədiyini nəzərə alaraq onların şərtli formatlanmasını təmin etmək lazımdır.  Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirmək lazımdır. Şərtli formatlama tətbiq ediləcək xanalar seçilir və Home -> Conditional Formatting -> New rule əmri icra edilir. Açılan pəncərədə “Use a […]

Exceldə izahlı qısayollar (shortcuts) -2

Alt= kombinasiyası SUM funksiyasının qısayoludur. Ctrl+D yuxarıdakı xananın məlumatlarını aşağıya, Ctrl+R isə soldakı xananın məlumatlarını sağa köçürür. Bir neçə xananı seçib məlumatı daxil etdikdən sonra Ctrl və Enter düymələrini sıxdıqda seçilmiş xanalar eyni məlumatla doldurulur. Bir neçə xananı nümunədəki kimi seçmək üçün Ctrl düyməsini sıxıb saxlamaq lazımdır. Ctrl+Shift+4 xanaya valyuta formatı, Ctrl+Shift+5 isə faiz formatı […]

Exceldə izahlı qısayollar (shortcuts) -1

Alt+R+A kombinasiyası ilk dəfə icra olunanda səhifədəki rəylər gizlədilir, ikinci dəfə icra olunanda isə göstərilir. Alt+H+W kombinasiyası Wrap Text əmrini yerinə yetirir. Ctrl+L qısayolu vasitəsilə yeni cədvəl yaratmaq mümkündür. Ctrl+0 (sıfır) kombinasiyası vasitəsilə seçilmiş sütunları gizlətmək mümkündür.   Ctrl+9 kombinasiyası vasitəsilə seçilmiş sətirləri gizlətmək, Ctrl+Shift+9 vasitəsilə isə gizlədilən sətirləri göstərmək mümkündür. Ctrl+Space (boşluq işarəsi) cari […]

Exceldə vurma cədvəlinin hazırlanması

Exceldə vurma cədvəlini Paste Special-Formulas əmrindən istifadə edərək qısa zamanda hazırlaya bilərsiniz. Nəzərə almaq lazımdır ki, hesablama zamanı yalnız B sütunu və 2-ci sətirdəki rəqəmlərdən istifadə olunması üçün xanalar müvafiq sətir və sütun boyunca sabitlənməlidir. Bunun üçün xana ünvanlarında qeyd olunan hərf və rəqəmin qarşısında $ işarəsindən istifadə olunur. Buradaykən, Sizdən kiçik bir xahişimiz var. […]

Həftənin günlərinin şərtli formatlanması

Tarix sıralamasında həftənin günlərinin şərtli formatlanması üçün Weekday funksiyasından istifadə olunur. Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirmək lazımdır. Şərtli formatlama tətbiq ediləcək xanalar seçilir və Home -> Conditional Formatting -> New rule əmri icra edilir. Açılan pəncərədə “Use a formula to determine which cells to format” seçimi edilir. “Format values where this formula is […]

İki ədəd arasındakı ədədlərdən ibarət siyahı hazırlanması

Exceldə Data Validation vasitəsilə siyahı hazırlamaq mümkündür. Fərz edək ki, aşağıdakı cədvəldəki kimi verilmiş konkret iki ədəd arasındakı ədədlərdən ibarət siyahı hazırlamaq lazımdır. Bunun üçün aşağıdakı əməliyyatlar icra olunmalıdır: Cədvələ köməkçi sütun əlavə olunur. Həmin sütunda 1-dən 1000-ə qədər ədədlər yazılır. Əgər cədvəlinizdəki ədədlər böyükdürsə, sıranı uzada bilərsiniz. Fill series əmri ilə silsilə vahidi bir […]

VLOOKUP ilə 2-ci, 3-cü və n-ci dəyərlərin tapılması

VLOOKUP funksiyası ilə verilmiş cədvəldə şaquli şəkildə axtarış aparmaq mümkündür. Lakin cədvəldə eyni dəyər bir neçə dəfə qeyd olunubsa, axtarış zamanı bu funksiya vasitəsilə həmin dəyərlərdən yalnız birincisini tapmaq mümkündür. Eyni dəyərin təkrarlandığı bütün halları tapmaq üçün başqa funksiyaların köməyindən istifadə olunur. Aşağıdakı nümunədə soldakı cədvəlin birinci sütununda təlim iştirakçılarının adları, ikinci sütununda isə hər […]

Excel diapazonu üzrə məlumatların birləşdirilməsi

Bəzən Excel xanalarında yazılan məlumatları bir xanada birləşdirməli oluruq. Bunun üçün  CONCATENATE funksiyasından və ya sadəcə ampersand işarəsindən (&) istifadə edə bilərik. Lakin bu yol həmişə işə yaramır. Çünki  CONCATENATE funksiyası parametr olaraq xanaları bir-bir qəbul edir, yəni birbaşa diapazona istinad etsək, məlumatları birləşdirmək əvəzinə nəticə olaraq yalnız bir xananın məlumatını qaytaracaqdır. Buna görə də xanaların sayı çox […]

Böyük/ kiçik hərflərə həssas VLOOKUP funksiyasının yazılması

VLOOKUP funksiyasının ilk parametri olan axtarılan dəyər (lookup value) böyük və kiçik hərflərə həssas deyil. Məsələn, lookup value olaraq INNAB, Innab və ya innab yazmağımızdan asılı olmayaraq funksiya onları eyni məlumat kimi tanıyır və necə yazılmasından asılı olmayaraq uyğun gələn ilk dəyəri qaytarır. Cədvələ nəzər salaq. Cədvəldə A5, A7 və A9 xanalarına eyni məlumat müxtəlif […]

Müxtəlif mətn tipli məlumat saxlayan xanaların sayılması

Müxtəlif şərtlərə əsasən xanaların sayılması Exceldə ən çox yerinə yetirilən əməliyyatlardandır. Həmin əməliyyatları aşağıdakı funksiyalarla yerinə yetirmək mümkündür: COUNT – Tərkibində yalnız ədəd tipli məlumatlar olan xanaları sayır; COUNTBLANK – Yalnız boş xanaları sayır; COUNTA – Boş olmayan xanaları sayır; COUNTIF/ COUNTIF – Verilən şərt(lər)ə əsasən xanaları sayır. Bəzən tərkibində müxtəlif mətn tipli məlumatları saxlayan […]