BA II Plus Kalkulyator

Maliyyə və statistika üzrə hesablamaların daha sürətli aparılması üçün ən çox istifadə edilən elektron hesablama maşını növlərindən biridir. Bir çox beynəlxalq sertifikatlı imtahanlarda (CFA, FRM və d.) bu kalkulyatordan istifadəyə icazə verilir. Maliyyə və statistika üzrə əsas göstəricilərin  BA II Plusda hesablanması aşağıda göstərilmişdir: Kalkulyatorun Tənzimlənməsi Bundan sonrakı hesablamalar standart kalkulyator rejimində hesablanacaqdır. Rejimin bir […]

IM9: Vacib əmsallar və onların izahı

“Holding period return” (HPR)  – investisiya dəyərinin zaman içində dəyişmə faizidir. İnvestisiya üzrə olan bütün pul gəlirləri (misal, dividentlər və ya faiz gəlirləri) investisiyanın dəyərinə əlavə edilir. Aşağıdakı misallar üzrəndən daha aydın görə bilərik: Misal: 980 dollara qiymətli kağız alınmışdır. Qiymətli kağız 3 ay saxlanıldıqdan sonra 992 dollara satılmışdır. Qiymətli kağızın zaman içindəki gəlirlilik faizi […]

IM8: Xalis bugünki dəyər (NPV) və Daxili gəlirlilik faizi (IRR) arasında yaranan ziddiyyət

Bir layihənin qəbul edilməsi və ya rədd edilməsi qərarı, digər bir layihənin qəbul edilməsi və ya rədd edilməsi qərarına təsir etmirsə bu iki layihə müstəqildir. Əgər iki layihədən biri,  digəri üzrə qərar qəbul edilməsinə təsir edirsə bu layihələr müstəsna hadisələrə aiddir (mutually exclusive events). Müstəsna hadisələr – hadisələrin eyni zamanda baş verməsi qeyri-mümkündür. Yəni, iki […]

IM7: Daxili gəlirlilik faizi (internal rate of return – IRR)

İnvestisiyanın Xalis bugünki dəyərini sıfara bərabərləşdirən faiz dərəcəsinə daxili gəlirlilik faizi (IRR) deyilir. Bu faiz elə bir faizdirki, bu faiz həddində investisiya üzrə gəlirlərin bugünki dəyərinin cəmi xərclərin bugünki dəyərinin cəminə bərabər olur. Bu faiz dərəcəsi ilə hesablanan xalis bugünki dəyər sıfıra bərabərdir. İnvestisiya, daxili gəlirlilik faizi (IRR) dərəcəsində gəlir gətirərsə, bu investisiya üzrə gəlir […]

IM6: Xalis bugünki dəyər (Net present value – NPV)

Xalis bugünki dəyər investisiya imkanlarını müqayisə etmək və ya investisiya imkanının əlverişli olub olmadığını ölçmək üçün istifadə edilən metodlardan biridir. Bu metodda investisiyaya çəkilən xərclərin və investisiyadan gələcək gəlirlərin hər birinin, investisiyanın risk səviyyəsinə uyğun faiz dərəcəsi ilə bugünki dəyəri tapılaraq cəmlənilir və nəticədə alınan cavab müsbətdirsə investisiya əlvərişli mənfidirsə investisiya əlverişsiz olaraq qiymətləndirilir. Daimi […]

IM5: Annuitet məbləğin cari dəyəri (PVA)

Annuitet məbləğin cari dəyəri – müəyyən bir müddət ərzində interval üzrə ödənilən sabit pul məbləğinin cari dəyəridir. Annuitet məbləğin cari dəyəri (PVAO – ordinary annuity): pul axınları dövrün sonunda müşahidə edilir. Aşağıdakı düstürla hesablanır: A – annuitetin məbləği i – faiz dərəcəsi n – dövr, müddət Misal: Bankdan kredit götürürsünüz. Kreditin illik ödənişi  hər il […]

IM4: Annuitet məbləğin gələcək dəyəri (FVA)

Annuitet məbləğin gələcək dəyərini izah etməmişdən əvvəl aşağıdakı terminlərlə tanış olaq. Annuitet verilmiş zaman çərçivəsində bərabər intervallarda müşahidə edilən bərabər məbləğli pul axınlarıdır. Misal, illik 22%-lə 12 il müddətinə verilmiş kreditin illik ödənişi 2 000 manatdır. Burada 12 il – zaman çərçivəsini, il – intervalı, illik ödənişlər isə  – annuitet məbləğini göstərir.   İki növ […]

IM3: Vahid məbləğin bugünkü dəyəri (PV)

Vahid məbləğin bugünkü dəyəri, gələcəkdə bizə vəd edilən pulun bu günki dəyəri haqqında məlumat verən konsepsiyadır. Aşağıdakı düstürla hesablanır: PV = FV * (1+ i) -n PV – bugünkü dəyər FV – gələcək dəyər i – faiz dərəcəsi n – dövr, müddət Misal: əgər 5 il sonra bizə 161.051 AZN pul lazımdırsa, bankın faiz dərəcəsinin […]

IM2: Vahid məbləğin gələcək dəyəri (FV)

Vahid məbləğin gələcək dəyəri, bu gün əlimizdə olan pulun investisiya ediləcəyi təqdirdə bizə nə qədər gəlir gətirəcəyi haqqında məlumat verən konsepsiyadir. Aşağıdakı düstürla hesablanır: FV = PV * (1+ i)n FV – gələcək dəyər PV – bugünkü dəyər i – faiz dərəcəsi n – dövr, müddət Misal: əgər bu gün banka 100 AZN illik 10% […]