SQL12: group by – məlumatın ümumiləşdirilməsi
Hər hansı bir kateqoriya üzrə məlumatın ümumiləşdirilməsinə ehtiyac duyularsa bu zaman group by funksiyasından istifadə edilir. Əmək haqqının ümumi məbləğini departamentlər üzrə tapmaq üçün aşağıdakı scriptdən istifadə edilir: Select departament,sum(maash) as maash from ishchi_maash group by departament Nəticə Burda group deməklə,biz əmək haqqını cəmləyərək hər bir departament üzrə ayrı-ayrı cəmləməsini təmin etdik. Həm departament həm […]
SQL11: like funksiyası vasitəsilə məlumatın axtarışı
Məlumatın bir hissəsi üzrə axtarış vermək üçün like funksiyasından istifadə olunur. Əgər bir işçinin yalnız adını biliriksə, və ya telefon nömrəsinin bir hisssəsini biliriksə o zaman bu funksiya vasitəsilə mümkün bütün variantları bazadan əldə etmək olar. Like funksiyasında aşağıdakı 2 işarədən istifadə olunur: % – bu işarə istənilən sayda simvolu ifadə edir (1% – 125 […]
SQL10: Join (2-ci hissə)
Hesabat tərtib edərkən bir cədvəldə olan məlumatlara digər cədvəldə olan məlumatlar ilə birləşdirilməsi üçün join funksiyasından istifadə edilir. İki cədvəl biri sağda digəri isə solda yerləşir və müvafiq olaraq right join və left join funksiyalarından istifadə olunur. Əsas cədvəl hansıdırsa joinin həmin cədvəlinə uyğun olanı seçilir və digər cədvəldə olan məlumatlar bu cədvələ əlavə edilir. […]
SQL9: Join (1-ci hissə)
Bəzən elə hesabat olur ki, bir neçə cədvəldə olan məlumatdan istifadə edəsi oluruq, çünki işçilərə dair ayrı-ayrı məlumatlar müxtəlif cədvəllərdə saxlanılır. Məsələn, işçilərin adları, kodları, iş stajı, maaş və mobil telefonları, töhmət alıb-almadığını əks etdirən hesabat lazım ola bilər. Bu zaman elə bir script yazmaq lazımdır ki, həmin cədvəllərdə olan məlumatları bir cədvəldə toplasın. Bunun […]
SQL8: In və not in şərtləri
İşçilərin siyahısı bazaya yığılarkən hər bir işçiyə ayrı kod verilmişdir. Bizdə 3 işçi kodu olarsa və bu kodların kimə məxsus olduğunu bilmək istəyəriksə o zaman in funksiyasından istifadə edərək aşağıdakı script vasitəsilə həmin işçilərin məlumatlarını bazadan əldə edə bilərik: Select * from ishchi_siyahi Where id in (10011,10015,10020) Nəticə: Yuxarıda etdiyimiz əməliyyatın əksi olaraq əgər həmin […]
SQL7: Sum, average, count funksiyaları
Bizə aylıq əmək haqqına dair hesabat lazım ola bilər. Bu zaman ishchi_maash cədvəlində olan məlumatlar əsasında lazım olan hesabatı hazırlaya bilərik. İlkin olaraq əmək haqqının ümumi cəmini tapaq: Select sum(maash) as ‘Əmək haqqı fondu’ from ishchi_maash Orta əmək haqqını hesablamaq üçün aşağıdakı scriptdən istifaəde olunur: Select avg(maash) as ‘Orta əmək haqqı’ from ishchi_maash Təşkilatda əməkhaqqı […]
SQL6: Insert əmri – məlumat əlavə etmək
Cədvələ yeni məlumat əlavə etmək üçün aşağıdakı scriptdən istifadə edilir: Insert into “cədvəlin adı” (“yeni məlumat daxil ediləcək sütunların adı”) Values (“yeni məlumatlar – sütunların sırası ilə daxil ediləcək məlumatların yerləşmə sırası eyni olmaq şərti ilə”) Bazada olan ishchi_siyahisi cədvəlinə yeni işçinin məlumatlarını daxil etmək istəsək aşağıdakı scriptdən istifadə olunacaq: insert into ishchi_siyahi (id, ad_soyad, […]
SQL5: Delete əmri – məlumatı silmək
Bəzən bazada olan hər hansı bir məlumatı silmək lazım olur. Bu zaman aşağıdakı scriptdən istifadə olunur: Delete “cədvəlin adı” where “silmək istədiyimiz sətir üçün olan filter” Bazada 10031 kodlu işçini silmək üçün aşağıdakı scriptdən istifadə ediləcək: Delete ishchi_siyahi where id = 10031 Cədvəldə olan bütün məlumatları silmək üçün aşağıdakı scriptdən istifadə edilir: Delete ishchi_siyahi Cədvəlin […]
SQL4: Update əmri – məlumatın yenilənməsi
İşçilərin şəxsi məlumatını əks etdirən cədvələ nəzər yetirərkən, bir işçinin adının düzgün yazılmadığı ortaya çıxdı. Bu zaman bazaya müdaxilə edərək, həmin şəxsin adına düzəliş etmək tələb olunur. Bazada olan məlumatın yenilənməsi üçün aşağıdakı strukturda scriptdən istifadə olunur: Update “cədvəlin adı” set “yeniləmək istədiyimiz sütun” = “yeni məlumat” where “yeniləmək istədiyimiz sətri seçmək üçün lazım olan filter” […]
SQL3: Select əmri – məlumatın oxunması
Bazada olan məlumatın oxunması üçün aşağıdakı strukturda olan scriptdən istifadə olunur: Select “sütunların adları” from “cədvəlin adı” where “filter eləmək istəyimiz sütunun şərti” Bu cədvəllərdən hər hansı birində olan bütün məlumatlara baxmaq istəsək aşağıdakı scriptdən istifadə edirik: Select * from ishchi_siyahi Select-dən sonra * işarəsi qoymaqla cədvəldə olan bütün sütunları əldə etmək mümküdür. Bizə həmin cədvəldən […]