Statistika testləri

Statistika haqqında biliyinizi yoxlamaq üçün aşağıdakı testlərdən faydalana bilərsiniz.   Test 1 Test 2 Test 3 Test 4 Test 5 Əgər onlayn dərslərə davam etməkdə nizam-intizamlı deyilsinizsə, “INNAB”-ın ofisində peşəkar müəllimlər tərəfindən interaktiv şəkildə keçirilən təlimlərə də qatılmaq imkanınız var. innab.org saytına daxil olaraq təlimlərimizə qeydiyyatdan keçə, peşəkar komandamızın üzvləri tərəfindən keçirilən, iştirakçılar tərəfindən yüksək məmnuniyyət […]

ST24: F testi

F testi iki dispersiya arasındakı fərqi test edir. F testi aşağıdakı düsturla hesablanır: F cədvəlində df1 stünu,  df2 isə sətiri göstərir. Misal: fərz edək ki, siz broker şirkətində maliyyə göstəricilərinin təhlili sahəsində çalışırsınız. İki birjada (X və Y birjası deyək) səhmlər üzrə divident gəlirlərinin müqayisə edilməsi sizdən istənilir. Deyək ki, siz aşağıdakı məlumatları əldə etmisiniz: […]

ST23: Topluda dəyişmə fərqinin test edilməsi

Test zamanı aşağıdakı mərhələlər izlənir: Seçmələrin ortalamaları arasındakı fərqlər tapılır. Fərq üzrə ortalama hesablanır (buradakı n fərqlərin sayıdır). Fərq üzrə standart kənarlaşma hesablanır.   μD üzrə test statistikini hesablayırıq (d.f. = n-1) tSTAT-ın hansı sahəyə düşdüyünə baxılır və qərar qəbul edilir. μD üzrə etibarlılıq intervalı müəyyən edilir. Misal: XYZ şirkəti satış təmsilçilərini “müştəri məmnuniyyətinin artırılması” […]

ST22: İki ortalama arasındakı fərqin test edilməsi

İki toplunun ortalaması arasındakı fərq iki metodla test edilir: σ1 və σ2 naməlumdur və fərz edilir ki, bir-birinə bərabərdir. Fərziyyələr: Seçmələr təsadüfi və müstəqil şəkildə seçilmişdir. Hər iki toplu normal paylanmaya sahibdir və ya hər iki seçmənin sayı 30-dan çoxdur. Hər iki toplunun standart kənarlaşması naməlumdur və bir-birinə bərabər olduğu fərz edilir. Bu fərziyələr olduğu […]

ST21:Hipotez Testi – Boş hipotez, sıfır hipotezi

Parametrin doğruluğunu yoxlamaq üçün hipotez testindən istifadə edilir. Hipotez testi vasitəsilə seçmədən əldə edilən statistiklə toplu parametri haqqında qərar qəbul edilir. Bir hipotez testində iki hipotez olur: H0        : Boş hipotez, sıfır hipotezi H1        : Alternativ hipotez Daha əvvəl doğru olduğu sübut edilən və ya ortaq gəbul edilmiş mühakimələrə sıfır hipotezi (H0) deyilir. İnandığımız vəziyyət […]

ST20: Etibarlılıq intervalları

Normal paylanmış toplunun riyazi gözləməsini təxmin eləmək üçün seçmənin ortalamasından istifadə edirik. Toplu üçün tapılmış təqribi qiymətlər bir ədəddən ibarət olduğu üçün onlara nöqtəvi qiymətləndirmələr deyilir. Nöqtəvi qiymətləndirmələr toplunun parametrlərinin əsil qiymətlərindən xeyli fərqlənə bilərlər. Məhz bu səbəbə görə, parametrlər üçün tapılmış təqribi qiymətlərin dəqiqlik və etibarlılıq məsələləri intervallı qiymətləndirmə üsulu ilə, yəni etibarlılıq intervallarının […]

ST19: Seçmə üzrə paylanma

Seçmə üzrə paylanma, topluda olan eyni ölçülü seçmələr üzrə paylanmaların bütünüdür. Bunu başa düşmək üçün gəlin misal üzərindən baxaq: Misal: fərz edək ki, topluda 4 insanın yaşı verilmişdir. N=4 və yaşı X ilə işarə etsək X = 18 ; 20 ; 22 ; 24 deyək. Bu zaman toplu üzrə riyazi gözləmə (ortalama), standart kənarlaşma və […]

ST18: Seçmə üsulu və seçmənin növləri

Seçmənin ümumi topludan üstün olan cəhətləri nələrdir? Təhlilin seçmə üzərindən aparılması topluya nəzərən daha az vaxt və xərc tələb edir. Seçmə üsulu necə təsnif edilir? Seçmə üzərində işləyən təhlilçi toplu üzərində işləyən təhlilçiyə nəzərən daha az enerji sərf edir və daha operativ işləyir. Seçmə üsulları aşağıdakı kimi təsnif  edilir. Seçmənin növləri aşağıdakılardı Həmçinin üsulları kimi […]

ST17:Uniform və Üstlü paylanma

Uniform paylanma: elə bir ehtimal paylanmasıdır ki, burada təsadüfi dəyişənlərin baş vermə ehtimalları bir-birinə bərabərdir. Bu paylanamaya düzbucaqlı paylanma da deyilir. Aşağıdakı düsturla hesablanır: Riyazi gözləmə (Ortalama): Standart kənarlaşma: Misal: deyək ki, uniform paylanma 2 ≤ X ≤ 6 intervalındadır. Bu intervalda dəyişənlərin baş vermə ehtimalları nədri? Gördüyümüz kimi, 2 ≤ X ≤ 6 intervalında […]

ST16: Normal Paylanmada Ehtimalların Hesablanması

Normal paylanmada ehtimallar əyrinin (curve) altında qalan sahəyə görə hesablanır. Qeyd edək ki, hər hansı tək verilənin ehtimalı sıfıra bərabərdir. Əyri (curve) altında qalan bütün sahənin ehtimalı 1-ə bərabərdir. Əyri (curve) simmetrik olduğuna görə, verilənlərin yarısı (0.5) ortalamadan aşağıda (sol), digər yarısı (0.5) isə ortalamadan yuxarıda (sağ) yerləşir. Z cədvəli: bu cədvəldə Z dəyərlərinə uyğun […]