Əlaqəli yazılar

Casual vs. causal

1) Casual /ˈkæʒuəl/ rahat, qeyri-rəsmi, qeyri-ciddi, adi, planlaşdırılmamış

• casual clothes – qeyri-rəsmi, adi geyim

• a casual encounter – planlaşdırılmamış görüş

His casual behaviour was wholly inappropriate for such a formal occasion. – Onun qeyri-ciddi davranışı belə bir rəsmi tədbir üçün tamamilə uyğunsuz idi.

• She has a casual attitude to life. – O, həyata qeyri-ciddi münasibət bəsləyir.

2) Causal /ˈkɔːzəl/ səbəbli, səbəblə əlaqəli

“Cause” (səbəb) sözündən yaranan bu söz daha çox “causal relationship, causal link” (səbəb/ səbəb-nəticə əlaqəsi) ifadələrinin tərkibində istifadə olunur.

• a causal relationship between unemployment and crime – işsizlik və cinayət arasında səbəb-nəticə əlaqəsi

• Is there a causal relationship between violence on television and violent behaviour?- Televiziyadakı zorakılıqla zorakı davranış arasında səbəb-nəticə əlaqəsi varmı?

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar