
Complaint /kəmˈpleɪnt/ şikayət
To complain (şikayət etmək) feilindən düzəlib.

If you wish to make a complaint, you should see the manager. – Əgər şikayət etmək istəyirsinizsə, menecerlə görüşməlisiniz.

He was dismissed after complaints about the quality of his work. – O, işinin keyfiyyəti ilə bağlı şikayətlərdən sonra işdən azad edildi.

Compliant /kəmˈplaɪənt/ 1. qaydalara uyğun; 2. itaətkar
To comply (riayət etmək) feilindən düzəlib.

Future versions will be fully compliant with the industry standard. – Növbəti versiyalar sənaye standartına tamamilə uyğun olacaq.

For years she had tried to be a compliant wife. – İllər boyu o, itaətkar həyat yoldaşı olmağa çalışmışdı.