İngilis dilindəki hər iki söz həm isim, həm sifət ola bilər.
İsim kimi
“Constant” sabit kəmiyyəti ifadə edir.
Sifət kimi
Hər ikisi sabit mənasını verir, amma aralarında cüzi fərq var. “Constant” heç vaxt dəyişməyən mənasındadır. “Stable” sözü isə nisbi dəyişməzliyi ifadə edir, az da olsa, dəyişiklik ola bilər.
You save more fuel if you drive at a constant speed – Sabit sürətlə sürsən, yanacağa daha çox qənaət edərsən.
Fuel prices have become more stable after several increases last year. – Yanacaq qiymətləri keçən il bir neçə dəfə artandan sonra daha sabit olub.
Hazırladı: Madam Helpful