“İnnab Business School” komandası tərəfindən ölkənin 10-dan çox nüfuzlu data ekspertinin tövsiyə və rəyləri əsasında təlim planı hazırlanmış “Data Reporting (BI)” təliminə qoşulmaqla bu sahədə karyeranızı inkişaf elətdirə biləcəksiniz.Bu gün data şirkətin ən vacib aktivi hesab edilir. Daha çox dataya sahib olan müəssisələr daha güclü hesab edilir. Datanı analiz etmək birbaşa şirkətin performansına təsir etdiyinə görə müəssisələr üçün həyati əhəmiyyətli hesab edilir.
Data Reporting (BI) təlimi müddətində “Biznes üçün Excel”, “SQL ilə data analitika”, “Power Bi ilə vizuallaşdırma” təlimləri keçirilir. Bununla yanaşı tələbələrimiz üçün sahə ekspertləri tərəfindən 4 seminar keçirilir. Qeyd edilən 4 seminar vasitəsi ilə data analitika sahəsində istifadə edilən alətlərin fərqləri izah edilir, biznes proseslərin analizi üçün səriştələr öyrədilir. Şirkətlərlə əməkdaşlığımız çərçivəsində Karyera Mərkəzimizin əməkdaşları isə yaxşı nəticə göstərən məzunlarımızın daha yaxşı işlə təmin edilməsi üçün var gücü ilə çalışırlar. “İnnab Business School” tərəfindən keçirilən “Data Reporting (BI)” təliminə qoşul, əmək bazarında ən çox axtarılan əməkdaşlardan biri də sən ol!
Effektiv data analitika alətlərindən istifadə edərək şirkətlər müştərilərini daha yaxından tanıya, onların tələblərinə uyğun marketinq strategiyalarını inkişaf etdirə, əməliyyat effektivliyni artıra, məhsullarını müştəri tələblərinə uyğunlaşdıra bilirlər. Müasir dövrdə data əsaslı qərarvermə strategiyaları dataların oxunaqlı vizuallaşdırılması vasitəsi ilə reallaşdırılır. Əksər qurumlarda “Data reporter”lər (BI mütəxəssisləri) bu işləri reallaşdırırlar. Məhz, buna görə də əmək bazarında data reporting ilə məşğul olan vəzifələrin əmək haqqısı yüksək, bu səriştələrə sahib olan şəxslərin işsiz qalma ehtimalı xeyli aşağıdır.
Qeyd: Özü ilə 2 dostunu təlimə gətirən şəxslər üçün 5% endirim nəzərdə tutulmuşdur.
Tədris Forması |
---|
Saat 19:00-21:00 aralığında (oflayn) |
Qeyd: Saytda hərf səhvləri axtarış zamanı öndə çıxmaq üçün bilərəkdən edilmişdir.
İlkin riyazi biliklər
İlkin kompüter bilikləri
Pre-intermediate səviyyəsində İngilis dili bacarığı
Data Reporting BI təlimin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 4 dərəcə üzrə iştirakçı (33%-50%), yetərlilik (51%-65%), müvəffəqiyyət (66-83%) və fərqlənmə (84% və yuxarı) sertifikat təqdim olunacaq.
Qeyd: 33%-dən aşağı göstərici göstərən tələbələrə sertifikat təqdim olunmayacaq.
Data Reporting BI təlimində 70% üzərində nəticə göstərən tələbələr istədikləri təqdirdə İKM (INNAB Karyera Mərkəzinə) yönləndirilərək işlə təmin olunacaqlar.
Əlaqə
Bizi izləyin
© 2023. Bütün hüquqlar qorunur