Əlaqəli yazılar

Data validation (xana məhdudlaşdırılması)

Allow menyusunda növbəti addım Decimal seçimidir. Decimal seçimi o zaman edilir ki, xanaya daxil ediləcək ədədlər tam və kəsr ədədlərlə məhdudlaşdırılsın. Decimal seçiminin metodları (Between, equal to, not equal to və b.) Whole number seçimindəki olan metodları ilə eyni mahiyyət daşıyır. Daha da aydın desəm, Whole number seçimini edərsəniz, xanaya 552.5 dəyərini daxil edəndə xəta mesajı ekrana çıxacaqdır. Decimal seçimi edilərsə bu mesaj ekrana çıxmayacaqdır.

Növbəti seçim olan Listi izah etməyə çalışacam. Bu məhdudiyyətdən xanaya istifadəçi tərəfindən ancaq siyahıda olan dəyərləri daxil etmək icazəsi vermək üçün istifadə edilir.

Məsələn, Siz A1 xanasına məlumat daxil edilərkən ancaq ilin aylarının adlarını daxil edilməsini istəyiriksə, aşağıdakı əməliyyatları etməliyik.

1. Ayların adlarını Exceldə G sütunundakı xanalara yazaq.

1

2. A1 xanasının üzərinə gələk, Data-Data Validation – Allow seçimini edək, açılan pəncərədə Listi seçək

2

3. Source hissəsində ayların adlarını özündə saxlayan siyahını seçib ok düyməsinə tıklayaq.

3

4. Beləliklə, A1 xanasına siyahıda qeyd edilən dəyərləri daxil edə biləcəyik. Bundan kənarlaşmalar olduqda ekrana xəta mesajı çıxacaqdır.

4


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.