Əlaqəli yazılar

Excel-365 Dynamic array formulas

Yəqin ki, hər birimiz məqaləni oxumağa başlayanda ilk ağlımıza gələn sual soldakı kubun Excel ilə nə əlaqəsi olmağıdır. Gördüyümüz kimi kub öz daxilində kiçik kvadratlardan birləşərək bir kub şəklinə gəlmişdir. Və bir neçə kiçik kvadrat dağıldığına görə artıq visual olaraq biz kub görə bilmirik. Məhz bu kub ilə Excelin  array (massiv) anlayışıda eyni məntiqdir.  Array dedikdə birdən çox xanalar toplusu nəzərdə tutulur. Sağdakı şəkildə bir neçə xana birləşib Array yaradıb. Array formulalar dedikdə isə birdən çox xanalar üzərində kütləvi hesabalama əməliyyatı nəzərdə tutulur. Yəni biz standart funksiya ilə A1 xanasında ixtiyari bir hesablama aparırıqsa, Array formullar ilə artıq bu hesablama A1:C10 diapazonuna kütləvi tətbiq edilə bilər. Ancaq bu zaman biz ENTER yox CTRL+SHİFT+ENTER kombinasiyalarını birlikdə istifadə etməliyik. Və bu zaman yazdığımız formula fiqurlu mötərizə {} ilə əhatə olunacaq.
Microsoft Officenin təqdim etdiyi Excel 365 məhsulunda isə bizim artıq Arraylar ilə işləmək problemimiz həll olmuşdur. Yəni ki, əgər biz əvvəl TRANSPOSE funksiyası ilə sətir və sütunların yerini dinamik dəyişən zaman CTRL+SHİFT+ENTER kombinasiyasından istifadə edərək tətbiq edirdiksə, bu artıq yeni məhsulda sadəcə ENTER-i klikləməklə həyata keçirilir. Bununla yanaşı Excel 365 tam yeni funksiyalar təklif edir bizə, böyük arraylar ilə effektiv iş üçün. Söhbət FİLTER, SORT, SORTBY, UNİQUE, RANDARRAY, SEQUENCE funksiyalarından gedir. Funksiyalar  iş prosesimiz üçün hədsiz dərəcədə yararlı və effektiv. Misal üçün, əgər biz əvvəl hər hansı biz arrayda olan dəyərləri unikallaşdırıb, təkrarlanan dəyərləri aradan çıxarmaq istəsəydik bunu {=IFERROR(INDEX($E$4:$E$17,MATCH(0,
COUNTIF($F$3:F3,$E$4:$E$17),0)),””)} kombinasiyası vasitəsilə etdiyimiz halda, Excel 365-də bunu sadəcə =UNIQUE(E4:E17) yazmaqla edə bilərik.

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.