EDATE funksiyası MS Excelin “Date & Time functions (Vaxt & Zaman funksiyaları)” hissəsinə aid olan bir funksiyadır. Funksiya ona ötürülmüş tarixdən göstərilən ay sayı qədər irəli (və ya geri) tarixi göstərir nəticə olaraq.
Sintaksisi:
=EDATE (start_date; months)
=EDATE (başlama_tarixi; aylar)
Qəbul etdiyi parametrlər:
- Start_date (Başlama_tarixi) – Bu tarixdən başlayaraq daxil edilən ay qədər irəli və ya geri gedir.
- Months (aylar) – bu parametrə daxil edilən say qədər tarixdən irəli və ya geri tarixə gedir funksiya. Bu parametri 2 cür daxil etmək olur. Bu 2 tipin izahına baxaq.
1.A1=04.02.2019
EDATE(A1,3)=04.05.2019 → Funksiyanın işləmə alqoritmi belədir: 04.02.2019-cu il tarixindən 3 ay sonra ayın tarixini gətir nəticə olaraq. Bu tarixdən 3 ay sonra ayın tarixi 04.05.2019 olacaqdır. Deməli 2-ci parametrə müxbət ədədlər yazmaqla funksiya vasitəsilə təqvimdə irəli getmək olur.
2.1.A1=04.02.2019
EDATE(A1,-3)=04.11.2018 → Funksiyanın işləmə alqoritmi belədir: 04.02.2019-cu il tarixindən 3 ay əvvəlki ayın tarixini gətir nəticə olaraq. Bu tarixdən 3 ay əvvəl ayın tarixi 04.11.2018 olmuşdu. Deməli 2-ci parametrə mənfi ədədlər yazmaqla funksiya vasitəsilə təqvimdə geri getmək olur.
QEYD:
1.Excel funksiyanın nəticəsini tarix formatlı informasiya kimi qaytarmır. Alınmış nəticənin dəyərini qaytarır. Home → Number → Short Date əməliyyatlarını ardıcıllıqla etməklə, nəticə olaraq alınan dəyəri tarix formatına gətirə bilərsiz.
2.Funksiyanın birinci parametrinə keçərsiz tarix daxil etsək, funksiya #VALUE! xətasını verəcək nəticə olaraq. =EDATE(“35.02.2019”;-3) = #VALUE! – ayın 35-ci günü olmur.
3.Funksiyada diqqət edilməli məqamlardan biri, funksiyaya birinci parametri (start_date) özümüz manual (əl ilə) daxil ediriksə, bunu qoşa dırnaq (” “) içərisində etməliyik. Əks halda funksiya real nəticəni verməyəcək.
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.