Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsinə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
Nümunəyə nəzər salaq. İşçi 12.07.2021-ci il tarixindən 14 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxır. 20-21 iyul tarixləri Qurban bayramı olduğu üçün həmin günlər məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Bu halda 12-19 iyul və 22-27 iyul tarixləri məzuniyyətin təqvim günləri hesab olunur və həmin günlər üçün məzuniyyət haqqı ödənilir. Yəni işçi 16 təqvim günü istirahət edir, amma ona 14 təqvim günü üçün ödəniş edilir. Əmək məzuniyyəti bayram günlərinə təsadüf etməsəydi, işçinin işə başlama tarixi 26 iyul olardı, bizim nümunəmizdə isə işçi 28 iyulda işə başlamalıdır.
Müəllif: Madam Helpful
Əmək Məcəlləsi və kadr kargüzarlığı təlimimiz haqqında buradan məlumat ala bilərsiniz.