EOMONTH funksiyası MS Excelin “Date & Time functions (Vaxt & Zaman funksiyaları)” hissəsinə aid olan bir funksiyadır. Funksiyanın adı “End of month – Ayın sonu” ifadəsindən götürülmüşdür. Funksiya ona daxil edilmiş tarixdən göstərilən sayda ay qədər əvvəldə və ya sonrada yerləşən ayın son gününü qaytarır nəticə olaraq.
Sintaksisi:
=EOMONTH (start_date; months)
=EOMONTH (başlama_tarixi; aylar)
Qəbul etdiyi parametrlər:
- Start_date (Başlama_tarixi) – Bu tarixdən başlayaraq daxil edilən ay qədər irəli və ya geri gedir.
- Months (aylar) – bu parametrə daxil edilən say qədər tarixdən irəli və ya geri tarixə gedir funksiya. Bu parametri 3 cür daxil etmək olar. Bunu daha ətraflı başa düşmək üçün 3 fərqli nümunənin məntiqi izahına baxaq.
1.A1=23.03.2019
=EOMONTH(A1;5) = 31.08.2019 → Funksiyanın məntiqi izahı belədir: 23.03.2019-ci il tarixindən 5 ay sonrakı tarixdə ayın son gününün tarixini qaytar nəticə olaraq. 5 ay sonrakı ayın tarixi 23.08.2019 olacaq. Bu avqust ayına təsadüf edir. Avqust ayının son gününün tarixi isə 31.08.2019 olacaqdır. Deməli 2-ci parametrə (months) müsbət ədələr yazmaqla verilən tarixdən irəli tarixi tapır funksiya.
2.A1=23.03.2019
=EOMONTH(A1;-5) = 31.10.2018 → Funksiyanın məntiqi izahı belədir:
23.03.2019-ci il tarixindən 5 ay əvvəlki tarixdə ayın son gününün tarixini qaytar nəticə olaraq. 5 ay əvvəl ayın tarixi 23.10.2018 olmuşdu. Bu 2018-ci ilin oktyabr ayına təsadüf edirdi. Oktyabr ayının son gününün tarixi isə 31.10.2018 olacaqdır. Deməli 2-ci parametrə (months) mənfi ədələr yazmaqla verilən tarixdən geri tarixi tapır funksiya.
3.A1=23.03.2019
=EOMONTH(A1;0) = 31.03.2019 → deməli ikinci parametrə 0 yazdıqda funksiya daxil edilmiş tarixin son gününü tapır. 23.03.2019-cu il tarixinin son günü 31.03.2019-cu il tarixidir.
QEYD:
1.Funksiyada diqqət edilməli məqamlardan biri, funksiyaya birinci parametri (start_date) özümüz manual (əl ilə) daxil ediriksə, bunu qoşa dırnaq (” “) içərisində etməliyik. Əks halda funksiya real nəticəni verməyəcək.
2.Funksiyanın birinci parametri keçərli tarix deyildirsə, funksiya #VALUE! xətasını verəcək nəticə olaraq. =EOMONTH(“06.20.2016”;0) = #VALUE! – 20-ci ay yoxdur.
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.