Müəllif: Fərqanə Qasımova
Müasir iş dünyasında böyük verilənlər bazası ilə işləmək üçün bir çox proqramlardan istifadə edilir. Bu proqramlardan biri də MS Excel proqramıdır.
Excel proqramı oyrenmek indi çox asan oldu. Sizdə excel kurslarına qatılaraq, qısa bir müddət ərzində excel bilik və bacarıqlarınızı artıra bilərsiniz.
Exceldə haqqında ilkin anlayışlar:
Excel proqramı oyrenmek istəyən hər kəs, ilkin anlayışlarla tanış olmağa başlayır. Proqramı açarkən, ekranda gördüyümüz hər bir hissəciklər “Xana” adlanır.
Xanaların ölçülərinin iki koordinatı var:
1) Sütun – Sütunlar adətən hərflərlə işarələnir. (Proqramın seçimlər hissəsindən kordinatların ədədlərlə də görünməsini təmin etmək olar)
2) Sətir – Sətirlər isə rəqəmlərlə işarələnir.
Ekranın aşağı sol hissəsində “Sheet” adlanan ilk səhifə və onun yanında “+” işarəsi mövcuddur.Hansı ki, bu “+” işarənin köməyi ilə biz əlavə olaraq, bir və ya bir neçə səhifə aça bilərik. Ekranın yuxarı hissəsində proqramın menyu panelləri yerləşir.Bundan əlavə ekranın yuxarı sol küncündə -xanalarla menyu panelləri arasında- iki xana vardır ki, bu xanaların köməyilə istifadə edilən xananın nömrəsini və ya həmin xanada hansı formulanın mövcud olduğunu müəyyən etmək və lazım gələrsə hətta dəyişdirmək də olar.
Menu panelləri:
1) Home paneli – İlk olaraq, bu paneldə mübadilə adlanan “Clipboard“ qrupunu öyrənək.Bu qrup altında bir neçə bölmələr var ki,bunları da biz istifadə etdikcə öyrənəcəyik.Bu bölmələrdən istifadə etmək üçün bizə xanalar üzərində əməliyyat aparmaq gərəkdir.Bunun üçün biz məhsulun adından , sayından, qiymətindən və ümumi məbləğindən ibarət olan bir baza yaratmalıyıq. Məs:
Məhsulun adı | Sayı | Qiyməti | Məbləği |
Kitab | 15 | 7 | 105(=B2*C2) |
Karandaş | 10 | 2 | 20 |
Telefon | 8 | 250 | 2000 |
Bildiyimiz kimi məbləğ say və qiymətin hasilindən formalaşır.(Say * Qiymət=Məbləğ)
Say və qiymətin hasilini tapmaq üçün məbləğ bölməsinə funksiya əlavə etməliyik.Bunun üçün məbləğ bölməsindəki lazım olan xanaya belə bir funksiya =B2*C2 yazmalıyıq və enter düyməsini basmalıyıq =B2*C2 enter.
Qeyd : Excel xanasına funksiya tətbiq edərkən, təkcə “ = ” işarəsi deyil, digər “ + “ və ya “ – “ işarələrindən də istifadə etmək olar.Əgər biz funksiyanı “ + “ işarəsilə başlatsaq, o zaman funksiyanın əvvəlinə avtomatik olaraq “ = ” işarəsinin əlavə olunduğunu görərik.Bu zaman nəticə olduğu kimi qaldığından bu üsul yalnış sayılmaz.Lakin, biz funksiyanı “ – “ işarəsilə başlatsaq, bu zaman da avtomatik olaraq “ = ” işarəsinin əlavə olunduğunu görərik,amma, nəticə baxımından uyğunsuzluq olaraq cavab “ – “ mənfi ədəd alındığından bu üsul yalnış üsul sayılır.
Funksiyanı digər xanalara da tətbiq etmək üçün ilk tətbiq olunan xananın aşağı sağ küncündən tıklayaraq, aşağıya dartmaq lazımdır və ya həmin xananın aşağı sağ küncündə iki dəfə kursoru tıklamaq lazımdır.Exceldə funksiyadan istifadə edərək sadə hesablamaları yerinə yetirmək üçün “* / + – “ operatorlarından istifadə edilir.
“*” vurma ; “/“ bölmə ; “+” toplama ; “ – “ çıxma
Bazanın yaradılmasında qurulan cədvəli çərçivəyə almaq üçün Front qrupunda All borders yəni bütün kənarların sərhədləri bölməsinə tıklayırıq. Eqzel cədvəlinə fərqlilik vermək üçün ilk sətri arxa fondan rəng verərək ayırırıq.
Hər hansı bir xanaya şərh əlavə etmək üçün həmin xananın üzərində sağ düyməni tıklayırıq ,İnsert comment seçirik və rəyimizi yazaraq yaddaşa vura bilərik. Bunu daha qısa yolla etmək üçün Shift və F₂ düymələrini birlikdə basmaq lazımdır.
Cədvəldə olan hər hansı bir məlumatın dəyişilməsi Formatlama adlanır.
Copy (Ctrl+C) – Surətləmə – Bir məlumatı mübadilə panelinə köçürmək üçün istifadə olunur.Hər hansı bir cədvəldə və ya xanada mövcud olan məlumatı digər tərəfdə də təkrarlamaq istəyiriksə,bu zaman Copy və Paste bölmələrindən istifadə edirik . Lazım olan obyekti seçərək Copy edirik və lazım olan yerə kursoru vuraraq , Paste edirik və ya Copy etmək üçün Ctrl+C ; Paste etmək üçün isə Ctrl+V düymələrini birlikdə basa bilərik.
Cut (Ctrl+X) – Kəsmək Hər hansı bir obyekti olduğu yerdən kəsərək, lazım olan yerə tətbiq etmək üçündür.Bunun üçün obyekt seçilir Cut tıklanır lazım olan sahədə bir hissə seçilərək Paste edilir və ya obyekt seçilərək Ctrl + X və tətbiq ediləcək hissə qeyd edilərək Ctrl + V basılır.
Format painter
Bu əmr vasitəsi ilə bir və ya bir neçə xananın formatını mübadilə panelinə əlavə etmək olar.Eyni zamanda digər xanalara da tətbiq etmək olar.Bunu üçün obyekt seçilir format painter və lazım olan hissədə bir xananın üzərinə tıklamaqla obyektin eynisini ora tətbiq etmk lazımdır.Bu halda obyekti yalnız bir dəfə tətbiq etmək olar.Amma,obyekti seçərək,format painter əmrini 2 dəfə tıklamaqla obyekti bir və ya bir neçə yerə tətbiq etmək olar.
Qeyd: Edilən hər hansı bir əməliyyatı Ctrl + Z və ya ekranın yuxarı sol küncündə yerləşən ox “← → “ işarələrinin sola yönələn tərəfini tıklamaqla addım-addım geri qayıtmaq olar.
Paste (Ctrl+V) Hər hansı bir məlumatların digər xanalara tətbiq edilməsi üçün həmin məlumatların seçilərək əlavə edilən mübadilə panelidir.Əgər mübadilə panelinə heç bir məlumat daxil olmarsa,bu zaman Paste əmrindən istifadə etmək olmayacaq.Bunu üçün mütləqdir ki, mübadilə panelinə hər hansı bir məlumatı əlavə edərək əmr aktiv edilsin.Əmr aktiv edildikdən sonra əmrin alt hissəsində açılan pəncərədə bir neçə müxtəlif görünüşlü hissələr görmək olar.Pəncərədə görünən hissələr pəncərənin aşağı hissəsində yerləşən Paste special xanasında öz əksini tapmaqdadır.Eqzel – də bu xananı açmağın qısa yolu Ctrl +Alt+V dir.
Paste Special → Paste bölməsinə aid olan hissələr.
1)All – hamısı Bu hissəni qeyd etməklə seçilən obyekti hər bir detalı ilə digər xanalara tətbiq etmək olar. Yəni, bu halda bir xanada olan həm funksiyalar, həm dəyərlər, formatlar, rəylər digər xanalara köçürülmüş olacaq.
2)Formulas – Formula Bu hissəni qeyd etməklə bir xanada olan formula və ya funksiyanı digər lazım olan bir xanaya tətbiq etmək olar.Bu əməliyyatı qısa yolla icra etmək üçün bu əmrlərdən istifadə edilir: Xana→ Ctrl C→Əlavə ediləcək xana →Ctrl+Alt+V→Formulas→ok.
3) Values – Dəyərlər Bu hissəni qeyd etməklə bir xanada mövcud olan hər hansı bir formulanı ləğv etmək və ya xanadakı məlumatı göründüyü kimi (formulasız) digər bir xanaya tətbiq etmək olar.Bu əməliyyatı qısa yolla icra etmək üçün bu əmrlərdən istifadə edilir: İstifadə ediləcək xana→Ctrl C→Ctrl+Alt+V→Values→ok.
4)Formats – Format Bu hissəni qeyd etməklə seçilmiş obyektin formatını eyni ilə digər bir obyektə tətbiq etmək olar. Qeyd:Bu hissə Format painter hissəsi ilə eyni xüsusiyyətə malikdir.
5)Comments – Şərh Bu hissəni qeyd etməklə bir xanada olan commenti digər bir xanaya da tətbiq etmək olar.Bunun üçün Eqzeldə Comment olan xana →Ctrl C→Tətbiq ediləcək xana→Ctrl+Alt+V→Comments əmri seçilməklə OK tıklanır.
Uğurlar!
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var.
Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.
təşəkkür hər birinizə.
Bizi izlədiyiniz üçün təşəkkür edirik.
Uğurlar.Uğurlar
Innab komandasi her seye gore cox sagolun...cox eziyyet cekirsiz vallah, Allah sizden razi olsun... InsAllah cekdiyiniz eziyyetin behresini de gorersiniz)