Təlimi haqqında: INNAB Sizə VBA (Visual Basic for Applications) təliminin peşəkar tədrisini təklif edir. VBA (Visual Basic Application) normal Visual Basic dilinin MS Office proqramlarında istifadəyə uyğunlaşdırılmış versiyası, Office proqramlarının funksionallığını artıran bir dildir. MS Excel proqramında işləyərkən uzun müddət və əmək tələb edən işləri, layihələri daha qısa müddətdə və səmərəli şəkildə yerinə yetirmək üçün VBA dili ilə yazılan makrolardan istifadə olunur. Makro bir kliklə tətbiq edə biləcəyiniz əmrlər çoxluğudur. Bu yolla MS Exceldə tətbiq etdiyiniz əməliyyatları avtomatlaşdırmaq mümkündür. Exceli sevir və bu proqramda işləməkdən zövq alırsınızsa, VBA təlimi Sizin üçün maraqlı olacaq və onu rahatlıqla öyrənəcəksiniz.
Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.
Təlim planı: Bu linkdən tanış ola bilərsiniz.
Təlimin dili: Azərbaycan
Təlimin müddəti: Təlim 2 ay – 32 saatlıq proqram çərçivəsində keçirilir. Hər dərsin müddəti 2 saatdır.
Təlimin qiyməti:
Təlim saatları | Dərs formatı | Qiymət |
19:00-21:00 | Ənənəvi (qrup şəklində) | 219 AZN |
19:00-21:00 | Online (qrup şəklində) | 219 AZN |
Birdəfəlik ödəniş zamanı 5% endirim ediləcəkdir.
Təlimin materialları: İştirakçılar elektron materiallarla təmin olunacaqlar.
Təlimə qoşulmaq üçün tələb olunan biliklər: MS Excel üzrə minimum orta biliklər – verilənlər bazası ilə işləmək, IF, AND, OR, SUMIFS, AVERAGE, SUBTOTAL, VALUE, VLOOKUP funksiyaları.
Təlimin təlimçisi:
Fuad Abdullayev – Böyük Britaniyanın top universitetlərindən olan York Universitetin maliyyə və mühasibatlıq sahəsində bakalavr dərəcəsi üzrə təhsil almışdır. Təlimçinin BP, Deloitte və Gilan Holding kimi şirkətlərdə 4 ildən artıq peşakar təcrübəsi vardır və hal-hazırda o, Gilan Holding şirkətində maliyyə departamentinin baş maliyyə mütəxəssisi vəzifəsində çalışır. İşlədiyi şirkətlərdə, eləcə də müstəqil məsləhətçi qismində təlimçi bir sıra biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması layihələrdə iştrak etmişdir. Bu tip layihələrdə o Microsoft VBA-in verdiyi imkanlardan geniş şəkildə istifadə etmişdir və, eləcə də bu sahədə öz bilik və bacarıqlarını təkminləşdirmişdir
Şəhla Abdulla – Maliyyəçi-analitik, Excel və Excel VBA üzrə ekspert. Kapital Bank-da Məhsul sahibi (360 dərəcə hesabatlıq), PAŞA Bank və PAŞA Həyat kimi şirkətlərdə Frilans Konsultant, Barrattson və QSS şirkətlərində təlimçi olaraq çalışmış, Bakı Mühəndislik Universitetində Financial Accounting və Financial Reporting üzrə tədris prosesini aparmışdır. 2019 -cu ildə etibarən CEO-su və qurucusu olduğu WeFinix şirkətində fərdi sahibkar və təlimçi olaraq fəaliyyət göstərir. ACCA sertifikasiyası üzrə 13 imtahandan 9-unu müvəffəqiyyətlə vermiş, “Advanced Diploma in Accounting & Business” sahibidir. Eyni zamanda Milli Mühasiblər Forumu 2 və 3-də Spiker olaraq iştirak etmişdir. “Kənd Təsərrüfatının Maliyyələşdirmə Mənbələri” kitabının müəllifidir.
QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ
Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun
Tel: 050 290 61 21
E-poçt: contact@innab.org
____________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.
Salam,
Excel VBA dersleri ne vaxt bashlayacaq? Yorulduq gozlemekden ))))
Hormetle,
Faiq Ağasiyev