Exceldə bir neçə səhifəlik məlumatlarla işləyərkən növbəti səhifələrdə sütunların adları görünməsinə zərurət yaranır. Məsələn, aşağıdakı şəkilə baxsaq burda söhbətin nədən getdiyini bilmərik.

view1

Burada məsələ ondadır ki, sütun və sətirlərə nələrin yazıldığını bilmirik. Biz bu problemi aradan qaldırmaq üçün dondurma əməliyyatından istifadə etmək lazımdır. Vaxt itirmədən aşağıdakı əməliyyatları izləyək.

1. Hansı sütun və sətir dondurulacaqsa həmin sətrdən bir aşağıdakı, sütundan isə bir sağdakı xana seçilir. Biz ad, soyad və ata adı sütunlarının sağını və başlıq olan sətrin aşağıdakı xananı seçəcəyik (D2 xanasını).

2. View menyusunda olan Freeze menyusundan istifadə edilir.

3. Açılan pəncərədə Freeze Panes əmrindən seçilir.

freeze2

Beləliklə biz soldan 3 sütunu və birinci  sətri dondurmuş olduq.

Freeze menyusunun digər üç metodu aşağıdakılardır.

1). Freeze Top Row –  ən üstdəki sətri dondurur.

2). Freeze First Column – ən birinci sütunu dondurur.

3) Unfreeze Panes – dondurulmuş xanaları aradan qaldırır.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir