Əlaqəli yazılar

Exceldə Frequency funksiyası

Exceldə Frequency funksiyası statistik funksiyalar qrupuna aiddir.

Satış və marketinq üzrə vəzifələr Exceldə verilənlərin analizi, hesabatların hazırlanması və vizuallaşdırma bacarıqları tələb etdiyindən bu sahədə ən çox istifadə olunan Excel funksiyalarından biri Frequency funksiyasıdır.

Fərz edək ki, il ərzində aylar üzrə məhsulun daha çox hansı miqdarda satıldığını müəyyənləşdirmək lazımdır. Bunun üçün ilk növbədə A4:B16 xanalarında aylar üzrə satış miqdarını göstərən cədvəl qurulur. Daha sonra Max və Min funksiyaları vasitəsilə maksimal və minimal satış miqdarını tapırıq. Tapılan dəyərlərə əsasən satış miqdarı üzrə aralıqlar müəyyənləşdiririk. Məs: 11-20, 21-40, 41-60, 61-80, 81-100, 101-120, 121-140, 141-160, 161-180, >180.

Frequency funksiyasında bu aralıqların son həddindən istifadə edəcəyimiz üçün onları E sütununda ayrıca yazırıq.  Artıq funksiyanı yazmağa başlaya bilərik.

  1. E sütununda istifadə olunan xanaların sayı qədər F sütununda xanalar seçirik.
  2. Heç bir xanaya klikləmədən =Frequency funksiyasını daxil edirik.
  3. İlk parametr (data array) olaraq B sütununda satış miqdarını göstərən xanalar toplusunu, ikinci parametr (bins array) olaraq isə E sütununda aralıqlar üzrə son hədləri göstərən xanalar toplusunu daxil edirik.
  4. Əksər funksiyalardan fərqli olaraq nəticəni əldə etmək üçün Enter yox, Ctrl+Shift+Enter düymələrini birlikdə sıxırıq.

Əldə olunan nəticəyə əsasən deyə bilərik ki, aylar üzrə 11-20 ədəd aralığında məhsul satışı üstünlük təşkil etmişdir.

Funksiyanın nəticələri əsasında histoqram da qurmaq mümkündür.

Bu funksiyan insan resursları sahəsində də tətbiq edilir. Bunun üçün video dərsi izləyə bilərsiniz.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.