Əlaqəli yazılar

Exceldə What-If Analysis / Fərqli ssenarilər yazmaq qaydası

Biznes qərarlarının alınması və ya reallaşdırılması üçün iqtisadi mühit həmişə bizim xeyrimizə olmur. Məsələn, satışın həcminə həm daxili amillər (istehsal zamanı keyfiyyət,texnologiya, yüksək ixtisaslı kadrların mövcudluğu, müəssisənin yerləşdiyi coğrafi məkan və s ), həm xarici amillər (bazardakı rəqiblər, dövlətin apardığı siyasət və s.) təsir edə bilər. Bütün bu amilləri nəzərə alaraq biznesimiz üçün fərqli satış ssenariləri tətbiq edib fərqli nəticələr ala bilərik. Fikrimi konkret misal üzərində izah etməyə çalışacam.

Fərz edin ki, telefon satışı ilə məşğul oluruq. Anbarınızda olan mövcud telefonların sayı 100 ədəddir. Məhsulun bir qismini bazara 500 AZN-ə, qalan qismini isə 450 AZN-ə təklif etməyi düşünürük. Biz ssenari yazmaq yüksək qiymətlə satılan məhsulların miqdarını dəyişəriksə satışdan əldə edilən yekun məbləğə necə təsir edəcəyimzə baxaq. Bunun üçün aşağıdakı kimi bir cədvəl quraq.

Untitled

Cədvəldə, B6 xanasına =A2*B2,

B7 xanasına =A2-B6 ,

C8 xanasına isə =SUMPRODUCT(B6:B7;C6:C7) funksiyası yazılmışdır.

B2 xanasına yazılan faiz nisbətinə uyğun olaraq yüksək qiymətə satılan məhsulların sayı müəyyən olunur.

Yüksək qiymətlə satılan telefonların sayından asılı olan bir ssenari yazaq. Bunun üçün DATA menyusunda yerləşən What-If Analysis menyusuna daxil olaq. Açılan siyahıdan Scenario Manager seçimini edək. Aşağıdakı kimi pəncərə açılacaqdır.

ScenarioManager

lk öncə ümumi telefonların 50%nı baha qiymətə satacağımız ssenarini yazaq. Add seçimini etməklə yeni ssenari əlavə edək.

ssenari2

1. Scenario name hissəsinə Ssenarimizin adını yazaq. Mən, bura ssenarimizin adına uyğun olaraq 50% yazıram.

2. Changing cells hissəsinə Ssenarimizdə hansı xananın dəyişməsini qeyd edirik. Bizim ssenaridə dəyişəcəyimiz dəyər B2 olduğundan B2 qeyd edək.

Seenari3

3. Yuxarıdakıları qeyd etdikdən sonra OK düyməsinə tıklayaq. Açılan pəncərədə 0.5 dəyərini yazaq. Çünki, bizim yüksək qiymətə satacağımız kitabların sayı ümumi kitabların 0.5 hissəsinə (50%) bərabər olacaqdır.

ssenari4

Eyni qayda ilə biz 40% və 30%lik ssenarilər yazaq.

ssenari5

Beləliklə, 3 ssenari yazmış olduq. və istədiyimiz ssenarinin üzərinə gələrək “show” düyməsinə tıklayarsaq həmin ssenarinin nəticəsi xanada görünmüş olacaqdır

Yuxarıda yazılan ssenarilərin ümümi yekun nəticəsini bir cədvəl formatına görmək istəyiriksə Summary düyməsinə tıklayaq. Aşağıdakı kimi pəncərə açılacaqdır. Sonra OK düyməsinə tıklayaq.

S2

Qeyd: Yuxarıdakı menyu açılarkən Result cells hissəsində nəticə olan xananın olmasına diqqət etmək lazımdır.

Yuxarı qeyd edilən əməliyyatlar icra edildikdən sonra başqa bir işçi səhifəsində aşağıdakı kimi yekun hesabat formatı hazırlanmış olduq. Yekun hesabata uyğun olaraq B2 xanasının dəyişməsinin C8 xanasına necə təsir edəcəyini asanlıqla görmüş olarıq. Bu da o deməkdir ki, biz yüksək qiymətə satılan kitabları ümumi kitabların 60% olaraq müəyyən edəriksə 48000, 50% olaraq müəyyən edəriksə 47500 gəlir əldə etmiş olarıq.

S3

Sənədi buradan yükləyə bilərsiniz. What-If Analyses


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.