21-ci əsrdə Microsoft Excel proqramı biznes mühiti və karyeramız üçün bilməli olduğumuz ən əsas proqramlardandır. Məhz Exceldə bir neçə funksiyaları bilməklə biz iş həyatımızda olan bir neçə mürəkkəb prosesləri birləşdirib, sistem halına salaraq həm vaxt itkisinin qarşısı ala, həmdə peşəkarlıq səviyyəmizi qaldıra bilərik. İNNAB komandası olaraq bütün funksiyaları analiz edərək iş həyatımız üçün (hansı peşədə işləməyimizdən asılı olmayaraq) vacib olan 25 funksiyanı seçib, həmin funksiyalar haqqında tam ətraflı videodərslər çəkmək qərarına gəldik. Hansı ki, videodərslərdə funksiyaların işləmə prinsipi tam praktiki həllər üzərindən izah olunacaq. Bu videodərslərdən daha çox faydalananlar iş həyatına yeni atılanlar və işləyibdə Excel biliyi zəif olanlar olacaq. İş müsahibələrində Excel suallarını 100% nəticə ilə cavablandırmaq istəyirsizsə buyurun izləyin videodərslərimizi. Ümumilikdə problem və ya çətinlikləriniz haqqında sosial şəbəkələrdən bizə yazmağınız kifayətdir ki, komandamız sizə kömək göstərəcək.

 

Hər birinizə peşəkar həyatınızda uğurlar!