Bəzən işimizin tələblərinə uyğun xanalara yazılan ədədləri ədədi və ya həndəsi silsilə ilə sıralamaq, tarixləri müvafiq olaraq illər,aylar və ya günlər üzrə sıralamaq zərurəti yaranır. Bunun üçün Exceldə Home-Fill menyusundan istifadə edəcəyik. Vaxt itirmədən nümunələr üzərindən izahata keçək .
1. Excel xanasına yazılan ədədlərin ədədi silsilə ilə sıralanması.
Fərz edək ki, bizə A1 və A5 xanasına yazılacaq ədədlərin hər növbəti vahidi əvvəlkindən 5 vahid çox olan bir ədədi silsilə yazmaq zərurəti yaranır. Bunu Fill Menyusundan istifadə edərək aşağıdakı kimi edə bilərik.
2. Excel xanasına yazılan ədədlərin həndəsi silsilə ilə sıralanması.
Fərz edək ki, bizə A1 və A5 xanasına yazılacaq ədədlərin hər növbəti vahidi əvvəlkindən 5 dəfə çox olan bir həndəsi silsilə yazmaq zərurəti yaranır. Bunu Fill Menyusundan istifadə edərək aşağıdakı kimi edə bilərik.
3. Excel xanasına yazılan tarixlərin aylara görə sıralanması.
Fərz edək ki, biz kreditlərin ödəniş cədvəlini hazırlayırıq. Bizə lazımdır ki, A1:A15 xanalarına yazılan tarixlərin hər növbəti ayın eyni günü olmaqla sıralasın. Bunun üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.
4. Excel xanasına yazılan tarixlərin illərə görə sıralanması.
Biz yuxarıda göstərdiyimiz misalda əgər illər üzrə sıralama aparmaq istəsək aşağıdakı əməliyyatları yerinə yetirməliyik.
5. Excel xanasına yazılan tarixlərin iş günlərinə görə sıralaması.
Fərz edək ki, biz elə bir tarixləri yazmalıyıq ki, bu günlər ancaq iş günlərindən ibarət olsun. Bu cür sıralama aparmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirməliyik.
6. Excel xanasına yazılan ədədlərin özündən əvvəlkinə nisbətən 1 vahid artmasını istənildiyi zaman AutoFill seçimini edə bilərsiniz.
Qeyd: Fill pəncərəsi açılan zaman StepValue hər növbəti ədədin və tarixin əvvəlkindən nə qədər fərqlənəcəyini göstərir. Stop Value isə sıralamanın hansı ədədə kimi davam etməsini göstərir.
Faydalı olacağı düşüncəsiylə
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.