Əlaqəli yazılar

Gərilmə tapşırığı

Gərilmə tapşırıqları (stretch assignment) işçilərin inkişaf planında mühüm rol oynayır. Harvard Business Review tərəfindən 823 rəhbər şəxs arasında aparılan sorğuda respondentlərin 71%-i bildirmişdi ki, onların potensialının üzə çıxarılmasında gərilmə tapşırıqlarının rolu böyükdür.

Gərilmə tapşırıqları eyni zamanda həm işçinin yeni bacarıqlar qazanmasına, həm də təşkilatın real biznes problemlərinin həllinə imkan yaradan qısamüddətli tapşırıqlardır.

Əksər hallarda gərilmə tapşırıqları işçini yüksək vəzifəyə hazırlamaq, inkişafa həvəsləndirmək, onun başqa vəzifəyə maraq və uyğunluğunu dəyərləndirmək üçün istifadə olunur.

Adından bəlli olduğu kimi, gərilmə tapşırıqları işçinin rahatlıq zonasından çıxaraq gündəlik işlərindən fərqli işləri icra etməsini, düşünməsini və gərilməsini təmin edir.

Gərilmə tapşırıqları:

• İşçini tanış olmadığı vəziyyətlə üzləşdirir;

• İşçini dəyişiklik yaratmağa təşviq edir;

• İşçinin məsuliyyət dərəcəsini artırır;

• İşçidən başqa sahələrdə çalışan şəxslərlə birgə işləməyi tələb edir.

Nəzərə almaq lazımdır ki, gərilmə tapşırığının effektivliyi həm də onu tapşıran rəhbər vəzifəli şəxsdən asılıdır. Gərilmə tapşırığı rəhbərin etmək istəmədiyi işi işçiyə ötürməsi deyil. Rəhbər gərilmə tapşırığı icra edən işçiyə gündəlik fəaliyyətdəkindən daha çox dəstək göstərməli və vaxt ayırmalıdır.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar