Bu, o deməkdir ki, biz hamımız daimi dəyişikliklər arasında inkişaf etmək üçün zehni dözümlülüyümüzü artırmalıyıq. Uyğunlaşma – sözün əsl mənasında, yeni şərtlərə uyğunlaşmaq qabiliyyətimiz – bunun üçün vacibdir. Əgər kimsə “çevik” təsvir edilirsə, bu, mahiyyət etibarilə onun yüksək səviyyədə uyğunlaşma qabiliyyətinə malik olması deməkdir və kimsə dəyişikliyə o qədər də yaxşı reaksiya vermirsə, bu, onun uyğunlaşma qabiliyyətinin aşağı olması deməkdir. Uyğunlaşma da IQ və EQ kimi ölçülə bilər. Buna AQ (adaptability quotient) və ya uyğunlaşma əmsalı deyilir.
Uyğunlaşma iki komponentdən ibarətdir: çeviklik və çoxyönlülük. Birinci komponent, çeviklik, təfəkkürlə bağlıdır – bu, dəyişikliyə münasibətinizdir. Bu, çevik insanların heç vaxt dəyişiklikdən narahatlıq hiss etmədiklərini söyləməyə əsas vermir. Lakin onlar dəyişməyə hazırdırlar. Əsas olan budur. İkinci komponent, çox yönlülük, qabiliyyətlə bağlıdır –siz həqiqətən dəyişə bilirsinizmi? Uyğunlaşmağı bacaran insanlar həm çevik, həm də çoxyönlüdürlər: dəyişməyə hazırdırlar və bunu bacarırlar. Öz üzərində işləyən hər kəs uyğunlaşma qabiliyytini inkişa etdirə bilər. İş və şəxsi həyatınızdakı dəyişikliklərə daha yaxşı uyğunlaşmağın 10 yolu var:
Açıq fikirli olun. Bunu təcrübədən keçirməyin ən yaxşı yolu, mühakimə etmədən və ya vəziyyəti bir neçə fərqli nöqteyi-nəzərdən təsəvvür edərək digər insanların fikirlərini aktiv şəkildə dinləməkdir.
Unutmağı öyrənin. Yeni məlumat və üsullara yer açmaq üçün köhnə məlumatlardan və köhnə iş üsullarından əl çəkməkdən qorxmayın. Çünki sürətlə dəyişən dünyada dünən işə yarayan üsullar sabah işə yaramayacaq.
Fəaliyyət sahənizdəki ən son tendensiyaları izləyin. Bu, yeni ideyalara açıq qalmağınıza və maraqlı yeni iş üsullarını kəşf etməyinizə kömək edəcək. Bunu sahənizlə əlaqəli jurnallar, podkastlar, audiokitablar, YouTube videoları, “networking” tədbirləri, konfranslar və ya sizin üçün uyğun olan başqa vasitələrlə edə bilərsiniz.
Evdə (məsələn, otağınızın dizaynını dəyişdirin) və ya işdə (məsələn, iclası yeni məkanda təşkil edin və ya iclasın reqlamentini dəyişdirin) kiçik bir dəyişiklik etməyə çalışın. Bu, dəyişikliyin nə qədər canlandırıcı ola biləcəyini xatırladır.
Çoxlu “başqa cür olarsa” sualını verin. Siz əslində baş verməmişdən əvvəl nələrin baş verə biləcəyini düşünmək üçün bu texnikadan istifadə edə bilərsiniz. Məsələn, “Mənim işimin X aspekti Y-ə dəyişsə, nə olacaq?” Dəyişikliyi necə müsbət yöndə idarə edərdiniz?
Rahatlıq zonanızdan kənara çıxın və özünüzü sizə müsbət mənada meydan oxuyan vəziyyətlərlə qarşı-qarşıya qoyun. Məsələn, əgər siz adətən müəyyən sosial vəziyyətdən qaçırsınızsa, ona doğru addım atın. Əgər adətən işdə əlavə öhdəliklər və layihələr götürməkdən çəkinirsinizsə, özünüzü fəal şəkildə irəli atın.
Yeni şeyləri sınamağın uğursuzluğa səbəb ola biləcəyini qəbul edin. Bu, normaldır. Bütün bunlar öyrənmənin bir hissəsidir. Necə deyərlər, cəhd et və uğursuz ol, amma cəhd etməkdən çəkinmə. Əgər keçmişdə nəyəsə cəhd edib uğursuz olmusunuzsa, niyə bu dəfə yeni bir texnikanı sınayaraq yenidən cəhd etməyəsiniz?
Ətrafınızda baş verən kiçik dəyişikliklərə diqqət yetirin. Ətrafınızda hər zaman kiçik dəyişikliklər baş verir – həmkarınızın yeni saç düzümündən tutmuş yenilənmiş şirkət siyasətinə qədər. Bu cür dəyişikliklərə diqqət yetirsəniz, daha böyük dəyişikliklər sizi təəccübləndirməyəcək və qorxutmayacaq.13614:06
İşlər qəfil dəyişəndə qorxmayın. Qəfil dəyişikliyin stresli olması normaldır, lakin bu stressə necə cavab verəcəyinizə siz cavabdehsiniz. Bu zaman edə biləcəyiniz ən yaxşı şey fiziki və əqli sağlamlığınızın qayğısına qalmaq və stressi azaltmaq üçün praktiki addımlar atmaqdır – yuxu rejiminə və qidalanmaya diqqət yetirmək, idman etmək, təbiətdə vaxt keçirmək və s.
Optimist olun. Uyğunlaşmağı yaxşı bacaran insanlar ümumiyyətlə daha optimistdirlər və o qədər də müsbət olmayan şəraitdə belə müsbət nələrsə tapmaq qabiliyyətinə malikdirlər. Buna görə də, mənfi cəhətlərə diqqət yetirməkdənsə, müsbət cəhətlərə diqqət yetirməyə çalışın.
Hazırladı: Madam Helpful