Vergi məcəlləsinin X fəsilinə uyğun olaraq gəlirdən çıxılmayan xərclər istisna olmaqla, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

  1. Vergi Məcəlləsinin 109-cu maddəsinə uyğun olaraq gəlirdən çıxılmayan xərclər aşağıdakılardır.

Qeyd edək ki, əsas vəsaitlərin alınması və qurulmasına çəkilən xərclər dedikdə hər hansısa bir əsas vəsaitin istifadəyə verilməmişdən öncə təçhizatçıdan alınıb anbarda saxlanılması başa düşülür.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə öz fəaliyyət növündən fərqli olaraq işçi heyətini stimullaşdırmaq üçün təşkil etdiyi tədbirlərlə bağlı xərcləmələri nümunə kimi göstərmək olar.

Müəssisə və təşkilatlar da işçi heyətinə verilən nahar və ya onların mənzil ilə təmin olunması eləcə də uşaqlarının məktəbəqədər hazırlıqlara şirkət hesabına qoyulması ilə bağlı xərcləmələr gəlirdən çıxılmayan xərclərdə öz əksini  tapacaqdır, lakin fəaliyyət sahəsi əyləncə və sosial xarakter daşıyırsa bu vergi ödəyicilərinin reallaşdırdıqları iş və xidmətlərin müvafiq xərc dəyərləri gəlirdən çıxılan xərc olacaqdır.

Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs bu sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan öz şəxsi istfadəsi məqsədi üçün aldığı hər hansısa bir əşya və ya xidmətlə bağlı xərc gəlirdən çıxılan xərc olmayacaq (məsələn şəxsi nəqliyyat vasitəsi), əmək haqqı kartının dəyəri gəlirdən çıxılan xərc olmaqla yanaşı onun alınması ilə bağlı xərc dedikdə isə əmək haqqı kartının bankdan təhvil alınması üçün xərclənilən nəqliyyat xərci gəlirdən çıxılmayacaqdır.

Qeyd edilən maddələrin tələblərinə uyğun olaraq istər ümidsiz borc istərsədə ehtiyat sığorta fondları ilə bağlı əməliyyatların gəlirdən çıxılması yalnız eyni sahibkarlıq fəaliyyəti ilə məşğul olan əməliyyatlar olduqda nəzərə alınacqdır.

Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə Nazrilər Kabineti başa düşülür. Ezamiyyə xərclənin normalarını da məhz Nazirlər Kabineti qərara alır. Bakı şəhərində ezamiyyətdə olan işçi 1 günə 130 manat xərrcləmə edibsə bu xərcləmənin norma daxilin də olan hissəsi müvafiq təsdiqedici sənədləri təqdim etməklə 90 manatdır, yəni müəssisənin bu nümunədə gəlirdən çıxılan xərci 90 manat çıxılmasına yol verilməyən xərci isə 40 manat təşkil edəcəkdir.

Müəllif: Kamal Hüseynzadə


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.