Əlaqəli yazılar

Gənc işçiləri idarə etmək üçün 7 məsləhət

Gənc işçilər adətən rəhbərlərindən peşəkar inkişaf sahəsində dəstək almağa meyilli olurlar. Təşkilatlar onların həvəsini inkişaf və uzunmüddətli biznes uğurları üçün imkan kimi dəyərləndirməyi bacarmalıdır.

Gənc peşəkarlar üçün karyera platforması olan “Tallo” tərəfindən aparılan sorğuya əsasən, Z nəslinin (1996-cı ildən sonra doğulanlar) nümayəndəsi olan işçilərin 74%-i tənqidi düşünmə, təhlil, problem həll etmə və ünsiyyət kimi yumşaq bacarıqların inkişaf etdirməsini əhəmiyyətli hesab etdiyini qeyd etmişdir. Təşkilatlar gənc istedadların inkişafının üstünlük yox, zərurət olduğu qəbul etməlidirlər. Bəs bunun üçün ən yaxşı strategiyalar hansılardır?

  1. Dərs çıxarıldığı təqdirdə uğursuzluğun normal olduğunu onlara bildirin.

Gənclərə aydın hədəf müəyyənləşdirmək və ona çatmaq üçün ən yaxşı yolu tapmaq imkanı yaratmaq lazımdır. Onların strategiyası işə yaramadıqda bunun səbəblərini izah etməklə kömək etmək olar.

  1. Səbirli olun.

Xatırlayın ki, onlar yeni başlayırlar, digər işçilər qədər təcrübəli deyillər. Buna görə də onlara qarşı qeyri-real gözləntiləri minimallaşdırmaq və onları ruhdan salmaqdan çəkinmək lazımdır.

  1. Təlim metodlarını təcrübə səviyyəsinə uyğunlaşdırın.

Təlimlər işçilərin mövcud bilik və bacarıqlarını inkişaf etdirmək üçün təşkil olunur. Gənc işçilər isə kifayət qədər təcrübəli deyil. Buna görə də onlar üçün nəzərdə tutulmuş təlimlərin sürəti nisbətən yavaş, məzmunu isə daha geniş olmalıdır. Təlimlər həm də onlara təşkilati hədəfləri və bu hədəflərə çatmaq prosesində öz rollarını anlamağa kömək edəcək.

  1. Onların güclü tərəflərindən istifadə edin.

Gənclərə bacardıqlarının ən yaxşısını etməyə imkan verən, bütün potensiallarını ortaya çıxaran tapşırıqlar verin. Onların zəif tərəflərini bilirsinizsə, bu sahədə yardım təklif edin. Təlimlərdə iştirak etməsini təklif edə və ya mentora yönləndirə bilərsiniz.

  1. Rəy bildirin.

Gənclərə mütəmadi olaraq rəy bildirmək lazımdır. Müsbət və ya mənfi olmasından asılı olmayaraq, onlar rəyləri sevirlər. Rəylər onlara çatışmazlıqlarını aradan qaldırmağa, səylərini daha da artırmağa kömək edir.

  1. Öyrənmə prosesinin nəticəsini araşdırın.

Rəhbərlər struktur bölmənin digər işçiləri ilə birlikdə gənc işlərin işini nəzərdən keçirməlidirlər. Digər işçilər gənc işçinin güclü və zəif tərəflərini müşahidə edərək yaxşı qavradığı və inkişafa ehtiyac duyulan məqamları qeyd edə bilərlər. Onların qeydlərini müqayisə edib ortaq məqamların olub-olmadığını müəyyənləşdirmək lazımdır.

  1. Gələcək liderləri müəyyənləşdirin.

Bəzi gənclərdə komanda ilə işləmək və onu idarə etmək potensialı olsa da, bir qismi tək işləyərkən daha məhsuldar olur. Rəhbərlik bu fərqləri müəyyənləşdirib hər ikisi üçün inkişaf şəraiti yaratmalıdır. Gələcək liderlərə isə rəhbər vəzifəyə yüksəlməzdən əvvəl yeni işçilərin təlimatlandırılması, qrup layihələrinin idarə edilməsi kimi tapşırıqlar verərək onların rəhbər vəzifəyə hazırlıq səviyyəsini müəyyənləşdirmək lazımdır.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar