Annuitet məbləğin cari dəyəri – müəyyən bir müddət ərzində interval üzrə ödənilən sabit pul məbləğinin cari dəyəridir.
Annuitet məbləğin cari dəyəri (PVAO – ordinary annuity): pul axınları dövrün sonunda müşahidə edilir. Aşağıdakı düstürla hesablanır:
A – annuitetin məbləği
i – faiz dərəcəsi
n – dövr, müddət
Misal: Bankdan kredit götürürsünüz. Kreditin illik ödənişi hər il ilin sonunda $200, müddəti 13 il, və faiz dərəcəsi 6% təşkil edir. Bankın faizləri illik hesabladığını nəzərə alsaq, bu şərtlər altında ödəyəcəyiniz məbləğin bu günki dəyərini hesablayaq:
Note (bu haqda elave meqalede etraflı izah veriləcəkdir): BAII plus kalkulyatorunda hesablamaq üçün – N=13; I/Y=6; PMT=-200; CPT — PV=1 770.54
Annuitet məbləğin cari dəyəri (PVAO – ordinary annuity) pul axınları t1-dən sonra müşahidə edildikdə:
Misal: Bankdan pul götürürsünüz. 4 il ərzində hər il ilin sonunda ödəyəcəyiniz $100 ödənişin bu günki dəyərini hesablayaq. Fərz edək ki, ilk ödəniş ikinci ildən başlayacaqdır və bankın illik faiz dərəcəsi 9%-dir:
Tapdığımız $323.97 t2-də olan dəyərdi (PVA2). t0-da olan dəyəri tapmaq üçün biz vahid məbləğin bugünki dəyəri düstütrundan istifadə edəcəyik. Bu zaman PV2-dəki məbləğ ($323.97) bizim FV olacaqdır:
PV = FV * (1+ i) –n = 323.97*(1+0.09)-2 = 272.68
Annuitet məbləğin cari dəyəri (PVAD – annuities due): pul axınları dövrün əvvəlində müşahidə edilir. Aşağıdakı düstürla hesablanır:
PVAD = PVAO*(1+i)
Yəni, pul axınları dövrün əvvəlində olduqda, sadəcə olaraq bildiyimiz annuitet məbləğin cari dəyərini hesablayıb (pul axınlarının dövrün sonunda olduğunu fərz edirik) və (1+i)-yə vururuq.
Misal: Məsələn, illik faiz dərəcəsinin 10% olduğunu nəzərə alaraq, 3 il müddətinə, hər il ilin əvvəlində $100 ödənişin cari dəyərini hesablayaq:
PVAD = PVAO*(1+i) = 248.69 * (1+0.1) = 273.55
Şəkildəndə görünür ki, 3-cü ildə annuitet ödənişi yoxdur, bu ona görədir ki, 3-cü ilin annuitet ödənişi 2-ci ilin sonunda olmuşdur.
Note (bu haqda elave məqalədə ətraflı izah veriləcəkdir): BAII plus kalkulyatorunda hesablamaq üçün — ilk olaraq kalkulyator BGN moda keçirilir ([2nd] [BGN] [2nd] [SET] [2nd] [QUIT]); N=3; I/Y=10; PMT=-100; CPT — PV=273.55
Nəzərə almaq lazımdir ki, yuxarıda göstərilən bütün misallarda, faiz dərəcəsinin illik hesablandığı qeyd olunur. Əgər faizlər aylıq ( rüblük və s.) hesablanarsa, ildə olan ayların (rüblərin) sayını, faiz dərəsinə (i) bölmək, dövrlərin (n) sayına vurmaq lazımdır. Bu haqda IM2: Vahid məbləğin gələcək dəyəri (FV) və IM3: Vahid məbləğin bugünki dəyəri (PV) yazılarında misallar üzərindən ətraflı izah verilmişdir.
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.