Əlaqəli yazılar

İmposter sindromu

İmposter sindromu şəxsin öz bilik, bacarıq və uğurlarına şübhə ilə yanaşdığı və nə vaxtsa bütün bunların yalan olduğunun üzə çıxacağı qorxusu ilə yaşadığı psixoloji sindromdur. Araşdırmalar göstərir ki, insanların 70%-i həyatlarının müəyyən mərhələsində imposter sindromundan əziyyət çəkir.

İş yerində bu sindromdan əziyyət çəkənlər əldə etdikləri nailiyyətlərə baxmayaraq, bu işə layiq olmadıqlarını düşünür və uğursuzluğa uğramaq qorxusu ilə riskə getməkdən çəkinirlər.

İş yerində imposter sindromunun simptomları aşağıdakılardır:

· Həddindən artıq işləmək;

· ən xırda səhvlərə görə özünü günahlandırmaq;

· başqalarını aldatdığını düşünmək və yaxşı işçi olmadığının bir gün üzə çıxacağından qorxmaq;

· tərifi qəbul etməmək.

İmposter sindromu karyeraya mənfi təsir edə bilər, çünki şəxs işi yüksək səviyyədə yerinə yetirə bilməyəcəyini düşündüyü üçün tapşırıqların icrasını təxirə salır. Yaxud əksinə, şəxsin özünü sübut etmək üçün tapşırıqların icrasına həddindən çox vaxt və əmək sərf etməsi tükənmə ilə nəticələnir. Digər tərəfdən, imposter sindromundan əziyyət çəkən şəxs işini prioritetləşdirdikdə ailə münasibətlərinə ziyan dəyir.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar