Əlaqəli yazılar

İngilis dilində oxşar sifət və zərflər

1. Near, Nearly

“Near” həm sifət, həm də zərfdir – yaxın, yaxınlıqdakı (sifət); yaxın, yaxınlıqda (zərf). “Nearly” zərfdir və “təxminən, demək olar ki, təqribən” kimi tərcümə olunur.

• He lives in the nearest village. – O, ən yaxın kənddə yaşayır (sifətdir, “village” ismini təyin edir).

• Do you live near? – Sən yaxınlıqda yaşayırsan? (zərfdir, “live” felinə aiddir)

• It took nearly two hours to get here. – Buraya çatmaq təxminən 2 saat çəkdi.

2. Late, Lately

“Late” həm sifət, həm də zərfdir – son, gec, gecikmiş (sifət); gec (zərf). “Lately” zərfdir və “bu günlərdə, son vaxtlarda” kimi tərcümə olunur.

• They met in late spring. – Onlar baharın sonunda (son baharda) görüşdülər (sifətdir, “spring” ismini təyin edir).

• I go to bed late. – Mən gec yatıram (zərfdir, “go” felinə aiddir).

• What have you been doing lately? – Son vaxtlarda nə edirsən?

3. Close, Closely, Closed

“Close” – “yaxın” mənasında həm sifət, həm də zərf, “bağlamaq” mənasında isə feildir. “Closely” zərfdir və “diqqətlə, yaxından” kimi tərcümə olunur. “Closed” isə sifətdir və “bağlı” deməkdir.

• The closest shop is about a mile away. – Ən yaxın dükan 1 mil uzaqdadır (sifətdir, “shop” ismini təyin edir).

• Her parents live close by. – Onun valideynləri yaxında yaşayırlar (zərfdir, “live” felinə aiddir).

• The detective watched him closely, waiting for a reply. – Detektiv cavab gözləyərkən ona diqqətlə baxdı.

• The shops here are closed on Sundays. – Burada mağazalar bazar günü bağlı olur.

4. High, Highly

“High” həm sifət, həm də zərfdir – hündür, yüksək (sifət); hündürə, yüksəyə, hündürdə, hündürdən (zərf). “Highly” zərfdir və “yüksək, çox, olduqca” kimi tərcümə olunur. Bu söz əsasən sifət və feli sifətlərin qarşısında işlənir.

• A high wall – hündür divar (sifətdir, “wall” ismini təyin edir.)

• He jumped high. – O, hündürə tullandı (zərfdir, “jump” felinə aiddir).

• She is a highly educated woman. – O, olduqca savadlı qadındır.

5. Short, Shortly

“Short” (qısa) həm sifət, həm də zərfdir. “Shortly” zərfdir, “tezliklə” mənasını verir.

• Their wedding party was cut short because of a fire alert. – Onların toy ziyafəti yanğın həyəcanına görə qısa kəsildi (zərfdir, “cut” felinə aiddir).

• A short story – qısa hekayə (sifətdir, “story” ismini təyin edir)

• Ms Jones will be back shortly. – Ms Jones tezliklə geri qayıdacaq.

6. Earl, Early

“Earl” zadəgan tituludur, “qraf” deməkdir, qrammatik cəhətdən isimdir. “Early” həm sifət, həm də zərfdir – erkən, ilk (sifət), erkən, tezdən (zərf). Bu iki sözün bir-biri ilə əlaqəsi yoxdur.

• We have to get up early. – Biz tezdən yuxudan durmalıyıq (zərfdir, “get up” felinə aiddir).

• Early cars had very poor brakes. – İlk maşınların çox pis əyləcləri var idi (sifətdir, “cars” ismini təyin edir).

7. Hard, Hardly

“Hard” həm sifət, həm də zərfdir – çətin (sifət); çox, var gücü ilə, səylə (zərf). “Hardly” zərfdir, “çətinliklə, güclə, ancaq ki” mənalarını verir, inkar mənalıdır, cümlədə başqa inkar mənalı söz işlənmir.

• This year’s exam was much harder than last year’s. – Bu ilki imtahan keçən ilkindən daha çətin idi (sifətdir, “exams” ismini təyin edir).

• He works hard. – O, çox çalışır (zərfdir, “work” felinə aiddir).

• I can hardly believe it. – Mən çətin ki, buna inanam.

Hazırladı: Madam Helpful