Əlaqəli yazılar

İngilis dilində prefikslər

Prefiks sözün əvvəlinə qoşularaq onun mənasını dəyişən şəkilçidir. Prefikslərlə bağlı bəzi qaydalarla tanış olaq:

1. “in-“ prefiksi və onun digər versiyası olan “im-“ prefiksi əsasən inkar mənalı sözlər yaratsalar da, bəzən “içərisinə, daxilinə” mənasını da verirlər: import (idxal), income (gəlir).

2. Bəzən eyni söz kökünə müxtəlif prefikslər əlavə olunur: unequal (qeyri-bərabər) və inequality (bərabərsizlik); unjust (ədalətsiz) və injustice (ədalətsizlik).

3. “M” və “p” hərfləri ilə başlayan sözlərə “in-” prefiksi əvəzinə “im-“ prefiksi qoşulur: impartial (qərəzsiz), impatient (səbirsiz), immature (kamilləşməmiş, cavan).

4. “L” hərfi ilə başlayan sözlərə “in-” prefiksi əvəzinə “il-“ prefiksi qoşulur: illegal (qanunsuz), illiterate (savadsız).

5. “R” hərfi ilə başlayan sözlərə “in-” prefiksi əvəzinə “ir-“ prefiksi qoşulur: irresponsible (məsuliyyətsiz), irreplaceable (əvəzedilməz).

6. Sonu “-able” şəkilçisi ilə bitən sözlərin əks mənalısı əksər hallarda “un-” prefiksi ilə, sonu “-ible” şəkilçisi ilə bitən sözlərin əks mənalısı isə əksər hallarda “in-” prefiksi ilə düzəlir: suitable (uyğun, münasib) – unsuitable (uyğun olmayan, yararsız); breakable (sınan) – unbreakable (sınmaz); visible (görünən) – invisible (görünməz); comprehensible (anlaşıqlı) – incomprehensible (anlaşılmaz).

Müəllif: Madam Helpful