İngilis dilindəki latın və yunan mənşəli isimlərin cəmi müxtəlif üsullarla düzəlir. Bu üsullara və bir neçə nümunəyə nəzər salaq:
1) Sonu “a” hərfi ilə bitən isimlərin cəmi –ae və -s sonluğu ilə düzəlir:
• antenna (antena; bığcıq): antennas or antennae (həşəratların bığcıqları mənasında yalnız antennae istifadə olunur; digər mənada antennas daha çox işlənir.)
• formula (formul): formulas or formulae
2) Sonu “ex” hərfləri ilə bitən isimlərin cəmini düzəltmək üçün sözün sonuna –es əlavə olunur və ya sözün sonunda “ex” əvəzinə – ices yazılır:
• index (siyahı, göstərici): indexes or indices
3) Sonu “eau” hərfləri ilə bitən isimlərin cəmi –x və ya -s sonluğu ilə düzəlir:
• bureau (büro): bureaus or bureaux
4) Sonu “on” hərfləri ilə bitən isimlərin cəmini düzəltmək üçün sözün sonunda “on” əvəzinə – a yazılır:
• criterion (meyar): criteria
• phenomenon (fenomen): phenomena
5) Sonu “is” hərfləri ilə bitən isimlərin cəmini düzəltmək üçün sözün sonunda “is” əvəzinə – es yazılır:
• analysis (təhlil): analyses
• axis (ox): axes
• crisis (böhran): crises
• diagnosis (diaqnoz): diagnoses
• hypothesis (fərziyyə): hypotheses
• oasis (vahə): oases
• parenthesis (mötərizə): parentheses
• synthesis (sintez): syntheses
• thesis (tezis): theses
6) Sonu “ix” hərfləri ilə bitən isimlərin cəmini düzəltmək üçün sözün sonuna –es əlavə olunur və ya sözün sonunda “x” əvəzinə – ces yazılır:
• appendix (apendiks; əlavə): appendixes (appendiks mənasında) or appendices (əlavə mənasında)
• matrix (matris): matrices or matrixes
7) Sonu “o” hərfi ilə bitən bəzi isimlərin cəmini düzəltmək üçün sözün sonuna –s əlavə olunur və ya sözün sonunda “o” əvəzinə – i yazılır:
• libretto: librettos or libretti
Sonu “o” hərfi ilə bitən bəzi isimlərin cəmini düzəltmək üçün sözün sonuna –s və ya –es əlavə olunur:
• flamingo: flamingoes or flamingos
• mango: mangoes or mangos
• volcano (vulkan): volcanoes or volcanos
• radio: radios
• pistachio (püstə): pistachios
• veto: vetoes
• embargo: embargoes
9) Sonu qoşa “o” hərfi ilə bitən isimlərin cəmini düzəltmək üçün sözün sonuna –s əlavə olunur:
• cockatoo (kakadu): cockatoos
• kangaroo (kenquru): kangaroos
• zoo (heyvanxana): zoos
10) Sonu “um” hərfləri ilə bitən isimlərin cəmini düzəltmək üçün sözün sonuna –s əlavə olunur və ya sözün sonunda “um” əvəzinə – a yazılır:
• memorandum: memorandums or memoranda
• millennium (minillik): millennia or millenniums
• referendum: referenda or referendums
• curriculum: curricula or curriculums
• bacterium: bacteria
11) Sonu “us” hərfləri ilə bitən isimlərin cəmini düzəltmək üçün sözün sonuna –es əlavə olunur və ya sözün sonunda “us” əvəzinə – i yazılır:
• cactus: cacti or cactuses
• syllabus: syllabi or syllabuses
Hazırladı: Madam Helpful