Əlaqəli yazılar

İngilis dilini əylənərək inkişaf etdirmək istəyirsiniz?

Film izləmək dil mənimsəmə prosesi üçün əla metoddur. Doğru seçilmiş filmlərin də böyük rolu var. Elə filmlər var ki, ya süjet xətti çətin olur, ya da qəliz sözlər və ifadələr istifadə olunur deyə heç nə anlamırıq. Aşağıdakı filmlər isə dil mənimsəmək üçün yararlıdır:

1. Dear John – Dram və romantika janrında olan bu filmi başa düşmək o qədər də çətin deyil. Bu film sayəsində gündəlik istifadə olunan ifadələri öyrənə, dinləmə bacarığınızı inkişaf etdirə bilərsiniz.

2. The Notebook – Bu film də dram və romantika janrında olduğu üçün anlamaq daha asandır. Bu cür filmlər, adətən, gündəlik istifadə olunan ifadələr ilə zəngin olduğu üçün olduqca faydalıdır.

3. The Bucket List – Morqan Frimanın əksər filmləri maraqla izlənilir. Filmlər nə qədər maraqlı olarsa, beyniniz dili bir o qədər sürətlə mənimsəyər.

📌 Əlavələriniz varsa, şərhdə qeyd edə bilərsiniz.

Hazırladı: Aytən Cavadova