F3 (Financial Accounting) ACCA kvalifikasiyasının “Fundamentals Knowledge” modulunun 3 əsas imtahanından biridir. Tədris müddətində maliyyə hesabatlarının əsas prinsipləri və konsepsiyaları izah olunacaq, maliyyə hesabatlarının hazırlanması qaydaları öyrədiləcək. Bu kurs vasitəsilə mühasibatlıq üzrə dərin biliklərə sahib olacaq, şəxsi biznesiniz və şirkətlər üçün maliyyə hesabatları hazırlanmasını öyrənəcəksiniz.

Kursun müddəti: Dərslər 3 ay (50saat) müddət ərzində həftədə 2 dəfə, hər dərs 2 saat olmaqla keçiriləcəkdir.

Kursun dili: İngiliscə (Təlimçi tərəfindən izahlar azərbaycan dilində ediləcək)

Kursun materialları: İştirakçılar təlim materialları ilə təmin olunacaqlar.

Təlimçi:

Suğraxanım İbadova – 2018-ci ildə bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində tamamlamışdır. 2016 ci ildə təhsilini Cənubi Koreyanın Woosong Universitetində (Solbridge İnternational School of Business) davam etdirmişdir. 2017-ci ildən indiki dövrə qədər öz peşəkar fəaliyyətini Big4 şirkətlərindən biri olan PwC-də audit xidmətləri üzrə baş mütəxəssis kimi davam etdirir. ACCA-nın F1, F2, F3, F4, F5, F7, F8, F9 sertifikatlarına sahibdir.

Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSccvqnkz_bF6-43NkRqRf9dx1jo7Zk1X7GcCZmz4II8S8j_vQ/viewform?embedded=true

Daha çox məlumat üçün:
✉️ [email protected]
📲 (+99450)2906121

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir