Vergi uçotu – vergi qanunvericiliyinə uyğun olaraq əməliyyatların uçotu və vergi orqanlarına təqdim olunacaq hesabat və bəyannamələrin hazırlanması üçündür. Vergi uçotu vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur. Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir. Təlim ərzində iştirakçılar vergi qanunvericiliyini praktiki nümunələr və BTP proqramında tətbiq etməklə öyrənəcəklər.

Təlim nəzərdə tutulmuşdur:
▪️ Maliyyə və mühasibat sahəsində çalışanlar;
▪️ Bu sahədə çalışmaq istəyən tələbə və ya məzunlar.

Təlim 2 ay – 32 saatlıq proqram çərçivəsində keçirilir. Hər dərsin müddəti 2 saatdır. Təlimin bir saat vergi məcəlləsinin xüsusi hissəsinin izahı, digər saatı isə həmin əməliyyatları BTP proqramında tətbiqi üçün nəzərdə tutulmuşdur.

Daha ətraflı məlumat üçün:
(+99450)2906121
[email protected]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir