Əvvəllər “X Y Z” nəsilləri haqqında çox şey eşitmisiniz, ancaq bu barədə hər hansı bir araşdırma aparmısınızmı? Nədir bu hərflərlə göstərilən nəsil qrupları? Keçmişdən bu günə və sonrakı dövrləri əhatə edən bu “X Y Z” nəsil qrupları arasında nə kimi əlaqələr və nə kimi ziddiyyətlər var?
Ən önəmlisi odur ki, bu sayımızda bəhs edəcəyimiz məqaləmizdə nəsillər haqqında göstərilən xarakteristikaları bilmədən, həm İnsan Resurslarının ümumi idarətmə proseslərinin mükəmməl həyata keçirilməsi, həm də motivasiya sistemlərinin qurulması olduqca mürəkkəb və kortəbii bir proses olar. Əvvəlcə aşağıdakı cədvəldə hazırki cəmiyyətin hansı mərhələlərdən keçdiyinə baxaq:
“X Y Z” nəsil qrupları spesifik xüsusiyyətləri baxımından fərqlənməklə yanaşı sosial həyatda da bir çox müxtəlifliyə sahibdirlər. “X Y Z” nəsillərinin formalaşmasına səbəb olan əsas amilləri “Yoxluq və Çətinlik illəri”, “Texnologiyanın sürətlənməsi” və “Texnologiya ilə Doğulmaq” kimi şərti adlarla sadalaya bilərik.
Qeyd olunan əsas amillər kəskin şəkildə nəsillərin formalaşmasına təsir etmiş və bu nəsillər arasında müxtəlif fərqliliklərə gətirib çıxarmışdır. Bu fərqlərə aşağıdakı cədvəllərdən baxsaq onların idarə edilməsi və motivasiyası üçün fərqli üsulların seçilməsinin vacibliyini aydın görəcəyik. İş yerlərində əsasən “orta nəsil” dövründən bu yana olan yaş qrupu işlədiyi üçün həmin nəsil qrupları üzərində dayanacağıq:
Göründüyü kimi eyni iş yerində fərqli dövrlərdə dünyaya gəlmiş və fərqli mühitdə yetişmiş, fərqli mədəniyyət və ənənələri özündə daşıyan insanları eyni üsulla idarə etmək, eyni üsulla motivasiya etmək çox çətin prosesdir və mümkün deyildir. Misal üçün: iş yerində internetə girişə məhdudiyyətsiz icazə verməklə, sosial mediyanın istifadəsinə tam şərait yaratmaqla “Y” və “Z” dövrünü əhatə edən işçi qrupunu motivə edə biləriksə, bu üsul “orta nəsil” və “X” dövrü çalışanları üçün tam motivasiya amili olmaya bilər. Digər bir misalla nümunə göstərək: eyni məzmunlu, sabit iş funksiyasını həyata keçirən “orta nəsil” və “X” nəsli dövrünə aid işçilər işlərindən uzun müddət məmnun olduğu halda, “Y” və “Z” dövrü çalışanları üçün bunu söyləmək olmaz, çünki, onların mövcud funksiyalarını müxtəlif iş çeşidləri, müxtəlif tapşırıqlarla zənginləşdirməsək, bir müddət sonra ya işlərini, ya da ümumiyyətlə iş yerlərini dəyişəcəklər və ya işlərində motivasiyadan düşmüş halda çalışacaqlar ki, bu da həm işəgötürənə həm də işçiyə fayda gətirməyəcəkdir.
İşçiləri arasındakı mədəni, sosial, texnoloji sahədə yuxarıda qeyd olunan fərqlilikləri bilməyən bir rəhbər bütün işçilərə özü kimi baxmağa və eyni düşüncə tərzi ilə idarə etməyə çalışsa bu zaman ziddiyyətlər meydana çıxacaq və nəticədə müsbət, məhsuldar iş mühiti yaratmaq olmayacaqdır. Bu problemin həll olunması üçün:
- Menecerlər hər bir yaş/nəsil dövrünə aid yuxarıdakı cədvələ göstərilmiş ümumi xüsusiyyətləri bilməli və işlərini qurarkən mənfi və müsbət tərəfləri nəzərə almalıdırlar;
- Menecerlərin nəsil fərqliliyini tanıması, ünsiyyət bacarıqlarına diqqət yetirməsi və bütün işçiləri iş proseslərinə cəlb etməsi müxtəlif yaş/nəsil qruplarına bir-biri ilə necə işləməyi öyrənməyə imkan verəcəkdir;
- Hər bir yaş/nəsil qrupunun iş aparmaq üçün seçdikləri metodlara yol verməklə nəsillər müxtəlifliyinin şirkət üçün daha faydalı, yaradıcı və yenilikçi olmasına səbəb olacaqdır;
- Menecerlər yeni yaş/nəsil qrupunu idarə etmək üçün onların önəm verdiyi maaş, iş müxtəlifliyi, rahatlıq, məsuliyyətləri kimi əhəmiyyətli nüansları bilib, nəzərə almaqla onların istəklərini qarşılaya biləcəklər;
- Menecerlər iş yerində çalışan hər bir yaş/nəsil qrupunun fərqli dəyərlərə sahib olduğunu bilməlidirlər;
- Menecerlər unutmamalıdır ki, bir təşkilatda nə qədər çox yaş/nəsil qrupu varsa həmin təşkilat o qədər zəngindir. Çünki onların hər birinin özünəməxsus xüsusiyyətləri vardır və bu xüsusiyyətləri yaxşı idarə etməklə iş yerində yüksək motivasiya və məhsuldarlığa nail olmaq olar.
Məqaləni maraqlı bir cümlə ilə bitirmək istəyirəm:
“Son zamanlar gənclər nəzarətdən çıxmış vəziyyətdədirlər. Kobud şəkildə yemək yeyirlər, böyüklərə qarşı hörmətsizlik edirlər, valideynlərinə qarşı çıxırlar və müəllimlərini əsəbləşdirirlər…”
Bu cümlə, 2370 il əvvəl, yəni e.ə 350-ci ildə Aristotel tərəfindən söylənmişdir. Maraqlıdır, demək bütün dövrlərdə yaşlı nəsil ilə gənc nəsil arasında bir fərqlilik, bir ziddiyyət olmuşdur. Menecerlər bu kimi fərqlilikləri öyrənərək, idarəçilik sistemlərində nəzərə almaqla İnsan Resurslarının idarə edilməsində daha effektiv nəticələr əldə edə bilərlər.
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.Bu yazımızda sizə İnsan Resurslarının mahiyyəti haqqında ilkin məlumat verməyə çalışdıq.