Əlaqəli yazılar

İnsan Resurslarının Motivasiyası və Təşkilata Bağlılığı

Əvvəlki mövzumuzda zaman-zaman insan resurslarına baxış tərzlərinin hansı mərhələlərdən keçdiyini və hazırda hansı səviyyədə olduğunu qeyd etmişdik. Əvvəllər insana sadəcə istehsal aləti və xərc ünsürü olaraq baxılırdısa, artıq insan resurslarının ən önəmli qaynaq, əsas dəyər, investisiya və kapital ünsürü kimi qəbul edildiyini bildirmişdik. Ən vacib qaynaq olan insan resursunun əldə edilməsi, inkişaf etdirilməsi və ən əsası təkilata bağlılığının təmin edilməsi müəssisələrin qarşısında duran mühüm vəzifələrdəndir. Çünki gündən günə inkişaf edən cəmiyyətdə müəssisələr davamlı rəqabət, inkişaf, yenilik və yaradıcılıq yarışındadırlar. Bu yarışmada qalib çıxmaq üçün isə başda intelektual, yüksək bilik və bacarıqları,  rəqabət üstünlüyü yaratmaq potensialı və ümumiyyətlə inkişaf potensialı olan işçilər olmaqla bütün işçilərə diqqətlə yanaşmaq, onların davamlı inkişafını və təşkilata bağlılığını təmin etmək olduqca vacib amilə çevrilmişdir.

Motivasiya və bağlılıq arasında olan əlaqəni daha yaxından öyrənmək üçün  Adrian Robert Gostick (Amerikalı yazıçı və işçi motivasiyası üzrə konsultant)Chester Elton (Kanadada doğulmuş, işçi motiavasiyası üzrə konsultant) tərəfindən aparılmış araşdırma nəticələrini görmək olduqca maraqlıdır. 10 il ərzində, 850.000 insan arasında aparılmış sorğunun nəticələrinə əsasən gəlinən fikir motivasiya və bağlılıq arasında olan əlaqənin dərinliyini və təşkilatlar üçün önəmini ortaya qoyur:

  • Dünyadakı işçilərin 87% -i ya işlərinə tam bağlılıq hiss etmir və ya artıq bağlılıqlarını itiriblər. Bu həm işçilərə, həm menecerlərə, həm də təşkilatlara fayda gətirməyən qlobal bir böhrandır;
  • Kaliforniya Universitetinin araşdırmalarına görə, işlərində daha çox həvəsli olan insanlar həm daha keyfiyyətli iş görürlər, həm də daha yaxşı nəticələr əldə edirlər. İşçilər işlərinə bağlı, həvəsli olduqda, şirkətlərində daha uzun müddət çalışmaqla işçilərin turnover (işçi giriş-çıxış dövriyyəsi) faizlərini də azaldırlar;
  • Bundan əlavə, karyeralarına inanlar və karyerasında məna görənlər hər bir iş gününü daha enerjili, daha məmnun keçirirlər, eyni zamanda işlərini ən böyük sevinc və qürur mənbəyi hesab edirlər;
  • İş həyatında ən çox həvəsli olanlar çox vaxt daha yüksək gəlir əldə edirlər və həyatlarından ümumi məmnuniyyət nisbəti 150% daha yüksəkdir.

Beləliklə, komanda üzvlərinin daha uğurlu olmalarına və daha çox iş görmələrinə kömək etmək üçün liderlərin təqib edə biləcəyi ən yaxşı yollardan biri, onların motivasiya ünsürlərini anlamaq və işlərini işçilərə xas olan motivasiya ünsürləri ilə uyğunlaşdırmq üçün kiçik konfiqurasiyalar etməkdir.

İnsanlar daxili motivasiyasına daha uyğun olan işləri edərkən özlərini xoşbəxt və qərarlı hiss edirlər. İşçilərin daha məhsuldar olmasını təmin etməyin və ən yaxşı, bacarıqlı, inkişaf potensialı olan işçiləri əldə tutmanın bir yolu da, işlərini onları motivasiya edəcək şəkildə formalaşdırmaqdır. Bu sayədə, dərhal gözə çarpmayan, lakin, həm işə bağlılıq, həm də işlərin müvəffəqiyyətlə yekunlaşdırılması istiqamətində çox böyük fərq yarada biləcək nəticələr əldə ediləcəkdir. İşçilər işini daha çox sevəcək, iş məhsuldar olacaq, təşkilata bağlılıq artacaq.

Əlbəttə motivasiya standart bir anlayış deyildir. Yəni, bütün işçiləri eyni amil motivasiya edə bilməz. İnsanları işlərinə bağlı hiss etməyə nə kömək edir? İnsanların işləmək istəməməsinə səbəb olan nədir? Hansı amillər motivasiya səviyyəsini qaldırır və ya azaldır? Aşağıdakı cədvəldə 5 şəxsiyyət (xarakter) tipi və 23 motivasiya amili haqqında məlumatlar təqdim edilmişdir. Bu məlumatlarla tanış olduqda, həqiqətən fərqli insanlara fərqli motivasiya amillərinin təsir etdiyini aydın görə bilərik:

Müəllif: HR Ekspert

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.Bu yazımızda sizə İnsan Resurslarının mahiyyəti haqqında ilkin məlumat verməyə çalışdıq.

 

 

Əlaqəli yazılar