Əlaqəli yazılar

İşə qəbul metodları

İşə qəbul prosesində əsas məqsəd təşkilati məqsədlərin həyata keçirilməsinə uyğun olan ixtisaslı şəxsləri vakant vəzifələrə cəlb etməkdir. Necə bir namizədə ehtiyac duyulduğu müəyyənləşdikdən sonra növbəti mərhələ namizədlərin hansı mənbədən cəlb ediləcəyini müəyyənləşdirməkdir. Namizədlər həm təşkilatın daxilindən seçilə, həm də kənardan cəlb edilə bilərlər. Bir çox təşkilatlar bu metodların hər ikisindən istifadə edirlər.

Daxili mənbələr hesabına işə qəbulun üstünlükləri aşağıdakılardır:

• Yaxşı işçilər mükafatlandırılır;

• Namizədlər artıq təşkilati mədəniyyət və məqsədlərlə tanışdırlar, təşkilat isə namizədlərin bilik və bacarıqlarına bələddir;

• Xarici mənbələr hesabına işə qəbuldan daha az maliyyə vəsaiti tələb edir;

• İşçilərdə ruh yüksəkliyi yaranır;

• İşçilərin karyera inkişafı təmin edilir.

Bu metodla işə qəbulun bəzi çatışmazlıqları da var:

• Vəzifədə yüksəlmək üçün işçilər arasındakı rəqabət neqativ iş mühiti formalaşdırır;

• Təşkilatda öyrənmə və inkişaf xidmətinin üzərinə böyük yük düşür;

• Təşkilata fərqli düşüncəli şəxslərin gəlməsinin qarşısı alınır.

Xarici mənbələr hesabına işə qəbulun müsbət cəhətləri aşağıdakılardır:

• Fərqli fikirli və istedadlı şəxslər təşkilata qoşulur;

• Təşkilatın ehtiyacı olan bilik və bacarıqlar əldə edilir;

• İşə təcrübəli şəxslər qəbul edildiyi təqdirdə təlim xərcləri azalır;

• Müxtəlifliyə əsaslanan və inklüziv iş mühiti formalaşır.

Bu metodla işə qəbulun mənfi cəhətləri isə aşağıdakılardır:

• Yeni işçilərin adaptasiyası uzun müddət tələb edir;

• İşə qəbul xərcləri daxili mənbələr hesabına işə qəbuldan daha yüksək olur;

• İşçilərdə ruh düşkünlüyü yaranır;

• Təşkilat yeni namizədin bilik və bacarıqlarına tam bələd olmadığı üçün yanlış seçim edilə bilər.

İşə qəbul metodu seçilərkən mədəni normalar, yerləşmə, əmək bazarının vəziyyəti, vakant vəzifənin kateqoriyası, vaxt və büdcə məhdudiyyəti, əməkhaqqı kimi bir çox faktorlar nəzərə alınır.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar