Əlaqəli yazılar

İşçi məmnuniyyəti sorğuları

Müəssisənin uğuru xoşbəxt, yüksək motivasiyalı komandadan asılıdır. Buna nail olmaq üçün işçilərin məmnunluq səviyyəsini ölçmək lazımdır. Bu baxımdan sorğular əhəmiyyətlidir.

İşçi məmnuniyyəti sorğuları rəhbərliyi işçilərin məmnuniyyət səviyyəsi barədə məlumatlandırmaqla yanaşı, nəticələr qənaətbəxş olmadıqda onları atılmalı addımlar barədə də istiqamətləndirir.

İşçi məmnuniyyəti sorğularının faydaları:

📌 Məhsuldarlıq səviyyəsini artırmaq. İşindən məmnun olmayan işçilərin məhsuldarlıq sviyyəsi aşağı olur. İşçi məmnunluğunun ölçülməsi nəticəsində müvafiq tədbirlər görərək məmnuniyyət səviyyəsini və məhsuldalığı artırmaq mümkündür.

📌 İşçiləri işdə saxlamaq. İşçiləri işdə saxlamaq çətindir. Müəssisəni tərk edən işçinin yerinə yenisini tapmaq isə daha çətindir. İşə yeni işçi cəlb etmək daha çox maliyyə vəsaiti və vaxt tələb edir. Sorğular vasitəsilə işindən məmnun olmadığı üçün müəssisəni tərk etmək istəyən işçiləri müəyyənləşdirib onları işdə qalmağa həvəsləndirmək mümkündür.

📌 Təlim ehtiyaclarını müəyyənləşdirmək. Davamlı olaraq işçilərin bilik və bacarıqlarının artırılmasına ehtiyac duyulur. Buna görə də təlim və inkişaf proqramlarının olmaması işçilərin narazılığına səbəb ola bilər. Sorğular vasitəsilə narazılıq səbəbinin bu olduğunu aşkarlamaq mümkündür. Təlimlərdən keçmiş əməkdaşlar daha yüksək vəzifələrə təyin olunduqda işçi məmnuniyyəti yüksəlir.

İşçi məmnuniyyəti sorğuları hazırlanarkən suallar təşkilati mədəniyyətə uyğunlaşdırılmalıdır. Lakin bəzi sualları bütün hallarda sorğuya daxil etmək məqsədəuyğundur:

1️⃣ Təşkilatın strateji hədəfləri aydındırmı?

Araşdırmalar göstərir ki, təşkilati hədəflərin aydınlığı işçilərin məmnuniyyət və performans səviyyələrini yüksəldir. Buna görə də şəffaflıq əhəmiyyətlidir.

2️⃣ Təşkilati hədəflərə çatmaq üçün vəzifənizin sizdən nələr tələb etdiyi aydındırmı?

İşçilərin təşkilati hədəflərə uyğun olaraq istiqamətləndirilməsi çox vacibdir.

3️⃣ Təşkilat daxilində karyera inkişafı üçün imkanlar görürsünüzmü?

Əgər işçi inkişaf üçün heç bir imkan olmadığını hiss edirsə, gec-tez təşkilatı tərk edəcək.

4️⃣ Növbəti 2 il ərzində bizimlə işləyərsinizmi?

Məmnun işçi müəssisə üçün canlı təşviqat vasitəsidir. Əgər bu suala “yox” cavabı verilirsə, bu, həyəcan təbili deməkdir və təcili olaraq tədbir görülməlidir.

Bunlardan əlavə, işçi məmnuniyyəti sorğularına komanda işi, daxili kommunikasiya, rəhbərlə münasibət, özünü qiymətləndirmə, iş-şəxsi həyat balansı, iş yerində bərabərlik ilə əlaqədar suallar daxil edilə bilər.