Mükafatların 2 növü var: maddi və qeyri-maddi.
Maddi mükafatlara pul, istirahətə göndəriş və digər maddi obyektlər aiddir.
Pul ilə mükafatlandırmanın ən yaxşı yolu tapşırığın icra keyfiyyətinə və ya hədəfə çatmağa görə konkret məbləğ müəyyən edilməsidir. Bəzi şirkətlər səhvən müəyyən bir hədəfə çatmağa görə daimi əməkhaqqı artımı ilə mükafatlandırırlar və işçinin həmin yüksək nəticəni təkrarlayıb-təkrarlamamasından asılı olmayaraq yüksək əməkhaqqı ödəməyə məcbur olurlar. Buna görə də birdəfəlik bonuslarla mükafatlandırma daha məqsədəuyğundur.
Müstəsna xidmətlərə görə tədbirlərdə verilən mükafatlar qeyri-maddi mükafatlara aiddir. İctimaiyyət qarşısında təltif olunma işçilərdə ruh yüksəkliyi yaradır və uzun müddət performansın yüksəlməsi ilə nəticələnir. Bu, maddi dəyəri az olan, lakin çox böyük fayda verən “emosional” mükafatdır.
Qeyri-maddi mükafatlandırma əlavə təhsil şəklində də ola bilər. Bundan həm işçi, həm də şirkət faydalanır.
Şirkətə nəzərəçarpacaq dərəcədə itkilər hesabına başa gəlməyəcəyi təqdirdə işçilərə əlavə istirahət günləri vermək də mükafatlandırma üsuludur.
Müəllif: Madam Helpful
“İşçilərin performansının qiymətləndirilməsi” təlimimiz haqqında buradan məlumat ala bilərsiniz.