Əlaqəli yazılar

İşgüzar müzakirələrdə ünsiyyətinizi mükəmməlləşdirəcək 10 praktik addım!

Komunnikasiya strategiyalarını və taktikalarını izah edən bir çox kitab və podcast yayımlansada, bu izahlar əsasən  ümumi anlayışları əhatə edir. Bu anlayışları çərçivə olaraq qəbul edib öz ünsiyyət metodlarımızı inkişaf etdirə biləcəyimiz güman edilir. Təəssüf ki, reallıq  bu şəkildə gerçəkləşmir. Danışıqlar zamanı necə hərəkət etməyimizə və ya etməməli olduğumuza  dair konkret nümunələr almadan bunu necə düzgün tətbiq edəcəyimizi bilə bilmərik. Məsələn, düzgün ünsiyyət yaratmaq və münasibət qurmaq nə deməkdir? Bu danışmaq, dinləmək yoxsa  qarşı tərəfin söylədiyi hər şeylə razılaşmaqdırmı?  Əslində düzgün ünsiyyət və müzakirə bacarıqlarının öyrənilməsi əsasən praktik təlim və məşqçilik seanslarında təmin edilir. Həqiqətən bu sahədə ustalaşmaq və sürətli şəkildə həyata keçirmək istəyirsinizsə https://cosmitto.com.au/ saytından yararlana bilərsiniz. Bu sahədə  praktik bacarıqlarımızı inkişaf etdirmək üçün hansı məqamlara diqqət etməliyik gəlin birlikdə nəzər yetirək:

  • Mənfi düşüncələri qapı arxasında buraxın

Neytral bir qeydlə söhbətə başlamaq sakit və rahat bir əhvalda qalmağınıza, eyni zamanda aydın fikirlə düşünməyinizə kömək edəcəkdir.

  • Söhbətə niyə qoşulduğunuzu müəyyənləşdirib, hədəfinizə  əminliklə inanın

İşgüzar danışıqlar əsanasında yaxşı mühit, şərait və sövdələşməyə layiq olduğunuzu hiss etməlisiniz. Buna öncə özünüz inanın.

  • Özünüzü idarə etməyi öyrənin – xüsusən emosiyalarınızı və sözlərinizi

Danışıqlar zamanı qanınızı nələrin  qaraldacığını əvvəlcədən təxmin edib, reaksiyalarınızı idarə etməyə çalışın. Dilinizi nəzakətli və neytral saxlayın. Diqqətsiz bir söz və ya böhtan hər şeyi məhv edə bilər.

  • Mövzulara dair yanaşmanızda qorxunu aradan qaldırın

Əgər itirmək qorxusu ilə danışıqlar aparırsınızsa, demək olar ki, uduzmusunuz. Özünə inamlı və cəsarətli olmalı, nəticə barəsində təmkinli olmalısınız. Mümkün olan ən pis nəticəni zehninizdə canlandırıb, bununla necə başa çıxacağınızı müəyyənləşdirin. Nəticələrdən  asılı olmadan  hər şeyin üstəsindən gələcəyinizi özünüzə təlkin edin. Belə bir stoik yanaşma, ən çətin danışıqlar zamanı ruh halınızı və motivasiyanızı ayaqda saxlayacaqdır.

  • Həmsöhbətinizi tanıyıb, gücünü müəyyənləşdirin

Bəli, hazırlıq ən önəmli meyar və söhbətin açarıdır. Qarşı tərəfin qərar qəbul edə bilmə qabiliyyətini əvvəlcədən təxmin etməyə çalışıb, danışıqlar zamanı komandada son sözün kimdə olduğunu soruşmaqdan çəkinməyin.

  • Maraq dairələrini öyrənin

Yəni, həqiqi maraq dairələri nələri əhatə edir. Danışıqlara girən zaman şərtlər bir az daha araşdırma tələb edə bilər, amma işə yarayacığından əmin ola bilərsiniz. Əgər maraqlandıqları sahələrə toxuna bilsəniz, ünsiyyət zamanı hədəfinizə daha sürətli çata bilərsiniz.

  • Danışıqları yüksək bir tempdə başlayıb, sizi haraya aparacağına baxın

İstəklərinizi yüksək səviyyədə qərarlaşdırıb, zamanla daha məqbul bir səviyyəyə keçirdin. Bu danışıqlarda demək olar ki, bir ənənədir.

  • Mübahisə deyil, müzakirə çərçivəsində saxlayın

Aqressiv  və kobud olmayın. Bu danışıqları gözlədiyinizdən daha tez bir zamanda bitirə bilər, ancaq arzu etmədiyiniz şəkildə.

  • Heç bir şeyi şəxsi qəbul etməyin

Bəli, bu bir işdir və qarşı tərəf sizi yoxlamaq məqsədiylə fərqli yollara əl ata bilər. İstəyinə nail olmasına imkan verməyin. Bu siz və ya təmsil etdiyiniz qurum haqqında yox, yalnız işgüzar səbəblərdən ötrüdür.

  • Danışıqlar zamanı  nələri qazanıb   və nələri itirə bilməyəcəyinizi əvvəlcədən götür-qoy edin

Bu iki amili müəyyənləşdirən zaman nələrin yolverilməz olduğundan  artıq əmin olursunuz. Belə olduqda, ikinci hal baş verən zaman vaxtınızı və resurslarınızı israf etmədən masadan uğurlu bir şəkildə uzaqlaşacaqsınız.

 

Məqalənin əsli: 10 Practical Steps to Polishing your Negotiation Skills to Perfection

Tərcümə etdi: Gülçin Mahmudzadə

Əlaqəli yazılar