Əlaqəli yazılar

Kaizen

Kaizen (yaponca “kai”- dəyişiklik, “zen” – daha yaxşı) yaxşılığa doğru dəyişiklik və ya davamlı inkişafı ifadə edir. Bu, davamlı olaraq əməliyyatları inkişaf etdirən və bütün işçiləri əhatə edən yapon biznes fəlsəfəsidir. Kaizen məhsuldarlıqda irəliləyişi tədrici proses kimi görür.

Kaizen bir neçə ideyanı özündə birləşdirir. Buraya komanda ruhu yaradaraq iş mühitini effektivləşdirmək, gündəlik prosedurları inkişaf etdirmək, işi işçilərə sevdirmək, onlar üçün daha təhlükəsiz və daha az yorucu iş mühiti yaratmaq aiddir.

Kaizen metodologiyasına əsasən, kiçik dəyişikliklər gələcəkdə böyük nəticələrə səbəb ola bilər. Buraya keyfiyyətə nəzarət, vaxtında çatdırılma, effektiv ləvazimatlardan istifadə, tullantıların azaldılması kimi dəyişikliklər aiddir.

İnkişafa istənilən vaxt istənilən işçi səbəb ola bilər. Hər kəsin şirkətin uğurunda payı var və hər kəs daha yaxşı biznes modelin yaradılmasına kömək etməlidir.

Bir çox şirkətlər kaizen fəlsəfəsini qəbul etmişlər. Toyoto kaizeni əsas dəyərlərindən biri olaraq görür, istehsal sistemini inkişaf etdirmək üçün hər bir işçini potensial inkişaf sahələrini müəyyənləşdirərək həll yolları irəli sürməyə həvəsləndirir.

Kaizenin şirkətlər üçün aşağıdakı faydaları var:

· yüksək işçi məmnuniyyəti;

· yüksək müştəri məmnuniyyəti;

· kadr axınının azalması;

· yüksək işçi loyallığı;

· xərclərin azalması;

· yüksək effektivlik və məhsuldarlıq;

· daha yaxşı problem həlletmə.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar