Əlaqəli yazılar

Keys

Holdinqinizin rəhbəri müəssisələrin performans göstəricilərinə görə mükafatlandırma məbləğini ədalətli şəkildə bölgüsünü təmin etmək istəyir. Belə ki, bu sistemə görə Holdingin tərkibində çalışan müəssisələrin performans göstəricisi əsasında Holdingin yekun performans göstəricisi müəyyən edilir. Bu halı nəzərə alaraq yüksək performans göstərən müəssisələr daha çox mükafat, aşağı performans göstərən müəssisələr isə daha az mükafat almalıdır. Holdinginizə daxil olan müəssisələr aşağıdakılar və performans göstəriciləri isə qarşısında qeyd edilmişdir
1. A şirkəti – 80%
2. B şirkəti – 40%
3. C şirkəti – 70%
4. D şirkəti – 50%
5. E şirkəti – 100%

Mükafat fondu 50 000 AZN-dir.

Bu göstəricilər əsasında hansı müəssisə nə qədər mükafat almasını Exceldə What-If Analysis menyusunun köməkliyi ilə müəyyən edin. (Müəssisələrin aldığı yekun mükafat məbləği 50 000 AZN olmalıdır.) Bundan əlavə A şirkətinin alacağı mükafat məbləği E şirkətinin aldığı mükafat məbləğinin neçə faizi olduğunu müəyyən edin.

Uğurlar!

Qalibin fiksbook.com saytından istədiyi kitabı mükafat olaraq pulsuz olaraq əldə etmə imkanı olacaqdır.

Cavablarinizi facebook səhifəmizin inboxuna göndərə bilərsiniz.

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Əlaqəli yazılar