Əlaqəli yazılar

Kirpi konsepsiyası

Tülkü və ya kirpi olmaq seçiminiz olsaydı, hansını seçərdiniz?
Çoxları tülkü olmağı seçir, çünki tülkü hiyləgərdir, kirpi isə sakit və astagəldir. Bunun biznesə nə aidiyyəti var?

Kirpi konsepsiyası qədim yunan təmsilinə əsaslanır. Təmsildə deyilir ki, tülkü çox şey bilir, kirpi isə bir böyük şey bilir. Təmsildə tülkü kirpini tutmaq üçün bir çox strategiyalardan istifadə edir, hətta özünü ölüləyə vurur, amma hər dəfə məğlub olur, kirpi oxlarını ona sancır. Tülkü heç vaxt kirpinin bir böyük şeyi – özünü qorumağı mükəmməl şəkildə necə bacardığını öyrənə bilmir.

Filosof İsayya Berlin 1953-cü ildə yazdığı “Kirpi və tülkü” adlı məqaləsində bu təmsilə əsaslanaraq insanları 2 qrupa bölür: tülkülər və kirpilər. Məqalədə qeyd olunur ki, tülkülər eyni vaxtda bir neçə məqsədin arxasınca gedirlər. Nəticədə onların fikri yayınır və az nailiyyət əldə edirlər. Kirpilər isə fikirlərini bir məqsəd üzərində cəmləyərək ona nail olurlar.

Biznes üzrə tədqiqatçı və konsultant Cim Kolins 2001-ci ildə yazdığı “Yaxşıdan mükəmmələ doğru” adlı kitabda bu fikri inkişaf etdirərək yazır ki, hər bir müəssisə ən yaxşı bacardığı işi – öz “kirpi konsepsiyası”nı müəyyənləşdirsə, müvəffəqiyyət qazanmaq şansı daha çoxdur. Müəssisə öz “kirpi konsepsiyası”nı müəyyənləşdirdikdən sonra liderlər bütün enerji və resurslarını ona nail olmaq üçün sərf etməlidirlər.

Müəllif: Madam Helpful

Əlaqəli yazılar