Təlim haqqında: 

Yaxşı bir layihə meneceri, bir layihəni bir yerdə tutan, keyfiyyətə və hədəflərə vaxtında və müəyyən olunmuş büdcədə çatmağı təmin edən şəxsdir. Layihə İdarəetmə İnstitutuna (PMI) əsasən, layihə rəhbərliyini qiymətləndirməyən, layihələrin idarəolunmasını vacib hesab etməyən təşkilatlar, layihələrinin orta hesabla 50% -dən çoxunu uğursuzluqla yekunlaşdırmaq məcburiyyətində qalırlar.

Layihə rəhbərliyi son tarixləri (deadline) izləmək və büdcə (budget) təyin etməkdən daha çox məna ifadə edir. Yaxşı bir layihə meneceri, təşəbbüslərin və hədəflərin strateji cəhətdən uyğunlaşdırılmasını, layihənin maraqlı tərəflərin dəstəyini və hamının eyni baxış bucağında, dalğada olmasını təmin edərək bir layihəni əvvəldən sona qədər idarə edir.

Layihə rəhbərliyinin nə üçün vacib olduğunu başa düşmək üçün əvvəlcə layihə rəhbərliyinin nə olduğunu dəqiq müəyyənləşdirməliyik. PMI, layihə rəhbərliyini “layihə tələblərinə cavab vermək üçün layihə fəaliyyətinə bilik, bacarıq, alət və texnikanın tətbiqi” kimi tərif edir.

Başqa sözlə, layihə rəhbərliyinin məqsədi sadalanan hədəfləri və nəticələrini uğurla başa çatdırmaq üçün bir layihəni planlaşdırmaq və idarə etməkdir. Risklərin müəyyənləşdirilməsini və idarə olunmasını, resursların rasional idarə edilməsini, ağıllı büdcələməni və birdən çox komanda və maraqlı tərəflər arasında aydın ünsiyyəti əhatə edir.

Bu təlim kimlər üçündür?

Bu təlim layihə idarəedilməsi sahəsində karyera qurmaq istəyən, layihə idarəolunması haqqında ətraflı məlumat almaq istəyən, bu sahəyə marağı olan və bu sahədə aldığı təhsili, bilik və bacarıqları daha da təkmilləşdirmək istəyən hər bir şəxs iştirak bilər.

Nə üçün təlimə başlamalısınız?

Bu təlim proqramında iştirak etməklə Siz, Layihə İdarəetmə İnstitutunun (www.pmi.org) Project Management Body of Knowledge Guide (PMBOK’ guide) bazasına və beynəlxalq standardlara uyğun olaraq müxtəlif tipli layihələrin planlaşdırılması, idarə olunması, layihənin mərhələləri və ardıcıllıqları, planlaşdırılması və qiymətləndirilməsi, keyfiyyətin yoxlanılması, layihədə yarana biləcək konfiliktlərin idarəolunması və aradan qaldırılması, risklərin müəyyən olunması və idarəolunması, layihəyə lazımi resursların cəlb olunması və idarəolunması, kominikasiyanın təşkili və idarəolunması, layihə hesabatlarının hazırlanması və izlənilməsi kimi vacib məsələləri öyrənə və praktikada tətbiq edə bilmə bilik və bacarıqlarını əldə etmiş olacaqsınız.

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Təlimin dili: Azərbaycan

Təlimin planı: Bu linkdən tanış ola bilərsiniz.

Təlimin müddəti: Dərslər 1.5 ay (24 saat) çərçivəsində həftədə 2 dəfə keçirilir.

Təlimin qiyməti:

Təlim saatları Dərs formatı Qiymət
19:00-21:00 Ənənəvi (qrup şəklində) 350 AZN
19:00-21:00 Online (qrup şəklində) 250 AZN

Birdəfəlik ödəniş zamanı 5% endirim ediləcəkdir.

Təlimin təlimçiləri:

Ağamirzə Kərimli – Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, Magistratura təhsilini isə Azərbaycan Neft və Sənaye Universitetində fərqlənmə diplomu ilə tamamlamışdır. Əsasən Enerji, Neft və Qaz sektorunda geniş miqyaslı MST (Mühəndislik, Satınalma, Tikinti (eng. EPC)) layihələrin konsepsiya mərhələsindən başlayaraq İstifadə / Qurma mərhələsinə qədər rəhbərlik və idarəetmə sahəsində 8 ildən çox iş təcrübəsi olan PMP® sertifikatlı Layihə İdarəetmə mütəxəssisidir. Hal-hazırda SOCAR-Petrofac Caspian tərəfindən BP şirkətində ACE layihəsində Layihə Mühəndisi olaraq çalışır.

 

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Təlimdə iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Tel: 050 290 61 21

E-poçt: contact@innab.org

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir