INNAB təqaüdü

“INNAB” Peşəkar İnkişaf Platforması (innab.org) korporativ sosial məsuliyyət çərçivəsində UNEC tələbələrinin peşəkar inkişafına dəstək olmaq məqsədi ilə “INNAB təqaüdü” təsis etmişdir. Belə ki, aşağıdakı mərhələlərdən uğurla keçən 5 UNEC tələbəsi yarım tədris ili müddətində hər ay 100 AZN “INNAB təqaüdü” əldə edəcəkdir.

Müsabiqəyə qoşulmaq üçün aşağıdakı 3 mərhələdən uğurla keçmək lazımdır:

  1. Linkə daxil olaraq qeydiyyatdan keçmək. (20.12.2019 -cu il tarixinədək)
  2. “INNAB” Peşəkar İnkişaf Platforması (innab.org) haqqında ən azı 3 slaydlıq “MS PowerPoint”-də təqdimat hazırlayıb “INNAB”-ın facebook səhifəsinə göndərmək. (10.01.2020-ci il tarixinədək)
  3. Sahib olduğunuz səriştələr (bilik və bacarıqlar) və onların növbəti 5 ildə hansı sahələrdə tətbiq edəcəyiniz barəsində 250-550 sözlük bir inşa yazmaq “INNAB”-ın facebook səhifəsinə göndərmək. (20.01.2020-ci il tarixinədək)
  4. Yekun müsahibə mərhələsində iştirak etmək. (Tarix bildiriləcək)

Yuxarıda qeyd edilən mərhələlərdən uğurla keçən və qalib olmayan müxtəlif şəxslərin motivasiyası üçün “INNAB” təlim mərkəzi tərəfindən keçirilən kurslar tamamilə ödənişsiz hədiyyə ediləcəkdir.

Əlavə məlumat üçün “INNAB”-ın sosial şəbəkə hesablarına və ya 050 290 61 21 whatsapp nömrəsinə yaza bilərsiniz.

 

____________________________________________________________________________________________________________________________

Əziz UNEC tələbələri təqaüd proqramında iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirik.

Müsahibə mərhələsinə keçən tələbələrin siyahısı ilə linkdən tanış ola bilərsiniz.

____________________________________________________________________________________________________________________________

Müsabiqənin yekun nəticələri ilə linkdən tanış ola bilərsiniz. Qalibləri təbrik edir, dərslərində uğurlar arzulayırıq.