Əlaqəli yazılar

Liderlər necə etibar qazanırlar?

Uğurlu olmaq üçün liderlərin komandanın etibarına ehtiyacları var. Etibar hissini necə formalaşdırmaq və ya itirilmiş etibarı necə bərpa etmək olar? “Zenger Folkman” konsultasiya şirkətinin apardığı araşdırma nəticəsində bunun üçün 3 elementin vacibliyi məlum olmuşdur.

1) Komanda daxilində müsbət münasibətlər yaratmaq.

Buna bir neçə yolla nail olmaq olar:

✔️ işçilərin əməkdaşlığına yardım etmək;

✔️ onlar arasındakı münaqişələrin həllində iştirak etmək;

✔️ işçilərə fəaliyyətləri barədə dürüst rəy vermək;

✔️ işçiləri narahat edən məsələlərlə bağlı onlarla görüşmək.

2) Səriştə nümayiş etdirmək.

İnsanlar sizin bilik, bacarıq, təcrübə və düzgün qərar vermə qabiliyyətinə malik olduğunuza inansalar, sizə etibar edərlər. Liderin bilik və təcrübəsi əldə olunan nəticələrə öz töhfəsini verməlidir.

3)Vədlərə əməl etmək.

Verilən vədlərə və götürülən öhdəliklərə əməl etmək, bununla da əməkdaşlara nümunə olmaq lazımdır.

Araşdırma nəticəsində məlum olmuşdur ki, lider bu 3 elementin hər biri üzrə 60% nəticə göstərirsə, onun ümumi etibar göstəricisi 80% olur. Bu o deməkdir ki, etibar yaratmaq üçün qeyd olunan davranışlarda mükəmməllik tələb olunmur, orta səviyyədən bir qədər yüksək nəticə etibar göstəricisinə nəzərəçarpacaq dərəcədə təsir edir. Araşdırma zamanı ən vacib davranışın vədlərə əməl etmək olduğu düşünülsə də, bunun müsbət münasibətlər yaratmaq olduğu məlum olmuşdur. Çünki hamının vəd verdiyi işlər baş tutmaya bilər. Amma müsbət münasibətlər qurulmadıqda və ya korlandıqda insanlar çətinliklə etibar edirlər.

Nəzərə almaq lazımdır ki, zəif münasibətlər etibarın zəifləməsinə daha çox təsir göstərsə də, hər bir element üzrə göstərici orta səviyyədən yuxarı olmalıdır.

Müəllif: Madam Helpful