Adətən, ingilis dilində söz bazamızı artırmaq üçün saatlarla kitab oxuyub sözləri əzbərləyirik, amma belə metodlar müəyyən vaxtdan sonra yorucu olmağa başlayır.
Söz bazamızı artırmağın ən yaxşı və əyləncəli yollarından biri mahnıya qulaq asmaqdır. Araşdırmalara görə, melodiyalar insan beynində daha yaxşı yadda qalır. Məsələn, məktəb vaxtı musiqi dərsində ifa etdiyimiz mahnılar illər keçsə də, hələ də yadımızdadır.
Burada doğru seçilmiş mahnıların da böyük rolu var. Hər mahnı ilə də dil mənimsəmək düzgün deyil, çünki bəzi mahnılarda jarqon, lazım olmayan ifadələr, səhv qrammatika olur.
Aşağıdakı mahnılar isə dil mənimsəmək üçün yararlıdır. Əvvəlcə mahnılarda bilmədiyiniz sözləri tapıb mənalarına baxın. Sonra isə bir neçə dəfə zümzümə edin. Bu yolla əyləncəli formada söz bazanızı, tələffüzünüzü və dinləmə bacarığınızı inkişaf etdirə bilərsiniz.
Bruno Mars – The lazy song
Elvis Presley – Can’t help falling in love
Elvis Presley – Always on my mind
Chris Landmark – And I love her
Hazırladı: Aytən Cavadova