Mənfəət və gəlir vergisinin hesablanması vergi tutma obyektinin müəyyən edilməsi üçün müəssisə mənfəət və ya gəlir ilə işləməlidir. Vergitutma obyekti ölkə hüdudları daxilində əldə etdiyi gəlirlər və ölkə xaricindəki əldə olunan gəlirlər toplanmaqla gəlirin əldə edilməsi ilə bağlı xərclər və ya gəlirdən çıxılmayan xərclərdən başqa olan bütün xərclər çıxıldıqdan sonra qalan mənfəətdir.

Nümunə 1.

Fərz edək ki , “AA” MMC-nin cari ildə gəlirləri 80 000 AZN olmuşdur. İl ərzində gəlirdən çıxılmasına yol verilən xərclərin miqdarı isə 16 400 AZN olmuşdur. “AA” MMC-nin MƏNFƏƏT vergisini tapın.

Qeyd: Müəssisələrin mənfəət vergisinin dərəcəsi 20 %-dir. (VM Maddə 105.1)

80 000 AZN – 16 400 AZN = 63 600 AZN Mənfəət

63 400 x. 20% = 12 720 AZN Mənfəət vergisi

Gəlir vergisinin hesablanması isə , hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər 20% dərəcə ilə vergi tutulur. (VM Maddə 101.3)

 Fiziki şəxslər yalnız sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 20% dərəcə ilə vergi tutulur.

 Qeyri sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər 14% dərəcə ilə vergiyə cəlb olunur. (VM Maddə 101.2)

Nümunə 2.

Sahibkarlıq fəaliyyətini hüquqi şəxs olmadan həyata keçirən fərdi sahibkar Rzayev Əli Toğrul oğlu cari ildə əldə etdiyi gəlirləri 24 700 AZN olub. Ümumi xərcləri isə 11 200 AZN təşkil edib. Gəlirdən çıxıslmasına icazə verilən xərcləri isə 9 800 AZN olmuşdur. Fərdi sahibkarın gəlir vergisi öhdəliyini müəyyən edin.

24 700 AZN – 9 800 AZN = 14 900 AZN gəlir
14 900 AZN X 20% = 2 980 AZN Gəlir vergisi

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Müəllif: Kamal Hüseynzadə